İsrail Müdafiə Nazirliyi ABŞ ilə 2028-ci ildə müddəti başa çatacaq ikitərəfli müdafiə yardımı müqaviləsini əvəz edəcək yeni təhlükəsizlik tərəfdaşlığı çərçivəsi üzrə rəsmi danışıqlara başlandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, məlumata görə, yeni çərçivə iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsini hədəfləyir.
Açıqlamada ilk görüşün bu həftə keçirildiyi, yaxın həftələrdə isə İsrail və ABŞ-da əlavə görüşlərin planlaşdırıldığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az