Əraqçi: Hörmüz boğazı ilə bağlı son qərarı İran və Oman verəcək


İranın xarici işlər naziri Abbas Əraqçi bir daha bildirib ki, İran Hörmüz boğazı ilə bağlı Fars körfəzi ölkələri ilə məsləhətləşəcək, lakin son qərar Omanla birlikdə veriləcək.

Turkustan.az xəbər verir ki, Arakçi Livanda yerləşən Əl-Mayadeen televiziya kanalına cari hadisələrlə bağlı açıqlamalar verib.

Arakçi İran və Omanın Hörmüz boğazının idarə olunmasını "beynəlxalq hüquq standartlarına uyğun olaraq" tənzimləyəcəyini bildirərək əlavə edib: "Boğazın idarə olunması ilə bağlı Fars körfəzi ölkələri ilə məsləhətləşəcəyik, lakin son qərar İran və Oman arasında veriləcək".

Arakçi həmçinin bildirib ki, İran liderinin evinə hücum baş verən zaman Əli Xameneinin ofisində görüşdə olub, lakin onların yerləşdiyi ərazi partlayışlar zamanı zərər görməyib.

Xarici İşlər naziri Arakçi daha əvvəl Hörmüz boğazı ilə bağlı son qərarı Omanla birlikdə verəcəklərini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ