ABŞ prezidenti Donald Tramp Kubadakı vəziyyətlə bağlı növbəti dəfə açıqlama verərək bildirib ki, Vaşinqton hazırda diqqətini İran İslam Respublikası ilə bağlı məsələlərə yönəldib, lakin bundan sonra Kuba mövzusu gündəmdə olacaq.
Turkustan.az xəbər verir ki, Oval kabinetdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp Kuba hökumətinin demək olar ki, “çökdüyünü” iddia edib. O, ABŞ-ın Kuba xalqı üçün yaxşılıq etmək istədiyini və kubalıların Vaşinqtondan kömək gözlədiyini bildirib.
“Oradakı vəziyyət demək olar ki, tamamilə çöküb. İran İslam Respublikası ilə bağlı işimizi bitirdikdən sonra bu məsələ ilə məşğul olacağıq. Mən məsələləri bir-bir həll etməyi sevirəm. Qayıdarkən Kubada qısa bir dayanacaq da edə bilərik”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin Kubaya qarşı tətbiq olunan yeni sanksiyaların təsirli olacağını vurğulayıb və Kuba prezidenti Miguel Díaz-Canel haqqında da fikirlərini bölüşüb.
Aytən Yaşar/ Turkustan.az