Tramp: İran lideri ilə görüşməkdən şərəf duyardım


ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə verdiyi açıqlamada İranla bağlı məsələlərə toxunub.

Turkustan.az xəbər verir ki o bildirib ki, İranın zənginləşdirilmiş uran əldə etməsi üçün hər hansı razılaşmaya ehtiyac yoxdur.

Tramp İranın ali lideri Müctəba Xamenei ilə görüşmək niyyətində olmadığını desə də, belə bir görüşün baş tutacağı təqdirdə bundan məmnun qalacağını vurğulayıb.

“Razılaşma əldə edib-etməyəcəyimizi görmək istəyirəm. Əgər razılaşma əldə olunarsa, onunla görüşməyim mümkün ola bilər”, – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, İran lideri bəzi dairələrdə yüksək nüfuza malikdir.

“Bəzi insanlar onun haqqında pis danışırlar, amma bir çoxları mənim haqqımda da pis şeylər deyirlər. Təbii ki, bunların hamısı doğru deyil”, – deyə o əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ