Silivridə saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Tuzlanın keçmiş bələdiyyə başçısı Şadi Yazıcını təhqir etdiyi iddiası ilə bağlı məhkəmə iclasında iştirak etmək üçün Kartaldakı İstanbul Anadolu Ədliyyəsinə aparılarkən yolda geri qaytarıldığını bildirib.
Turkustan.az xəbər verir ki, İmamoğlunun sözlərinə görə, o, səhər saat 07:20-də kameradan çıxarılıb, 07:30-da isə Silivridən yola salınıb. Təxminən 60 kilometr qət edildikdən sonra nəqliyyat vasitəsi dayanıb və texniki baxış keçirilib. Daha sonra karvanın geri döndüyü bildirilib.
Hadisə ilə bağlı danışan İmamoğlu deyib:
“Mənə avtomobilin xarab olduğu deyildi. Bunun səbəbi ilə geri qayıtdığımız bildirildi. Mən də soruşdum ki, əgər avtomobil nasazdırsa, niyə eyni avtomobillə geri dönürük?”
İmamoğlu baş verənlərin izah edilməsini tələb etdiyini və məsələ ilə bağlı ictimaiyyətə daha ətraflı məlumat verəcəyini bildirib.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib..
Aytən Yaşar/ Turkustan.az