Putin bu türk liderdən danışdı: Asan tərəfdaş deyil!


Qazaxıstanlı həmkarlarımız o qədər də asan tərəfdaş deyillər.

Turkustan.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, dövlətlər arasında münasibətlər uğurla inkişaf edir, lakin bu, əsas iqtisadi və investisiya məsələləri üzrə qızğın mübahisələri istisna etmir:

“Dərhal qeyd etmək istərdim ki, qazaxıstanlı dostlarımız və tərəfdaşlarımız o qədər də asan tərəfdaş deyillər. Demək olar ki, hər məsələ ilə bağlı həmişə çox qızğın müzakirələrimiz olur. Bu, maliyyə münasibətlərinə, sənaye münasibətlərinə, investisiya şərtlərinə və bəzi böyük layihələrə aiddir. Eyni zamanda, hər iki tərəf ortaq strateji məqsədə, vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq üçün həmişə kompromislər tapmağa hazır olduğunu nümayiş etdirir. Qazaxıstan çox zəngin ehtiyatlara malik bir ölkədir, bu ehtiyatlara bütün dünyada təcili ehtiyac duyulur və tələbat var. Mən nüvə elektrik stansiyaları üçün yanacağı nəzərdə tuturam. Biz bu sahədə uğurla əməkdaşlıq edirik. Əminəm ki, Qazaxıstan öz resurs bazasına güvənməklə və birgə potensialı inkişaf etdirməklə böyük uğurlar qazanacaq və enerji sektorundakı bir çox problemləri həll edəcək”. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ