“Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinə start verildi


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən “Azərbaycançılıq: tarixdən müasirliyə” adlı layihənin icrasına başlanılıb.

Layihənin müddəti üç ay davam edəcək və bu çərçivədə Mingəçevir, Tovuz, Qusar, Lerik və Salyan şəhərlərində konfranslar və maarifləndirici görüşlər keçiriləcək.

Tədbirlərdə ictimai birlik üzvləri, yeniyetmələr və gənclər, tarixçilər, politoloqlar və yerli sakinlər iştirak edəcəklər.

Layihənin məqsədi Azərbaycançılıq ideologiyasının tarixi köklərini, inkişaf mərhələlərini və müasir dövrdəki rolunu geniş ictimaiyyətə, xüsusilə də regionlarda yaşayan yeniyetmə və gənclərə çatdırmaqdır. Eyni zamanda, bu ideologiyanın milli birlik, dövlətçilik və multikultural dəyərlərin qorunmasında oynadığı mühüm rolu tədbirlər vasitəsilə təbliğ etmək, həmçinin KİV vasitəsilə geniş ictimaiyyət arasında maarifləndirməni artırmaq hədəflənir.


MANŞET XƏBƏRLƏRİ