20 Yanvar hadisələrini, xüsusilə o gecə insanların, maşınların bir ucdan tank altında əzilməsini əks etdirən “donmuş” kadrları, fotoşəkilləri illərdir ürək ağrısı ilə seyr etmişik.
Turkustan.az xəbər verir ki, bu gün süni intellekt vasitəsilə həmin faciəli gecəni əks etdirən tarixi fotolar yenidən canlandırılır və qısa film formatında sosial şəbəkələrdə yayımlanır.
Bu görüntülər sadəcə texnoloji yenilik deyil, onlar həm də o günləri yaşamış insanların yaddaşının dirçəlməsi, gənc nəsil üçün isə ən yeni tarixin əyani canlandırılmasıdır. O gecə küçələrdə yaşanan faciə süni intellektin köməyi ilə bugünkü nəsillərə daha təsirli şəkildə çatdırılır, 20 Yanvar həqiqətlərinin unudulmamasına xidmət edir.
/Bizim.Media