Ödənişli giriş zonaları Bakıda mərhələli şəkildə tətbiq oluna bilər


"Şəhər mərkəzinə ödənişli giriş mexanizmi düzgün tədqiq edildiyi və planlaşdırıldığı təqdirdə effektiv ola bilər. Bu mexanizm tətbiq edilərsə, şəhər mərkəzinə zərurət olmadan daxil olan avtomobillərin sayı azalacaq və mərkəzin funksiyası tədricən dəyişəcək…”

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, şəhər mərkəzinə ödənişli giriş mexanizmi düzgün planlaşdırıldıqda effektiv ola bilər:

“Şəhər mərkəzi artıq avtomobillər üçün tranzit zona deyil, daha çox iş, xidmət və piyada mühiti kimi formalaşa bilər. Eyni zamanda ictimai nəqliyyata olan tələbat da artacaq.

Əgər Bakıda bu mexanizm sadəcə cərimə vasitəsi kimi yox, hərəkətin idarə olunması üçün bir alət kimi araşdırılıb tətbiq edilsə və sosial həssas qruplar, eləcə də xidmət avtomobilləri üçün istisnalar düzgün müəyyənləşdirilsə, onu effektiv hesab etmək olar”.


MANŞET XƏBƏRLƏRİ