Azərbaycanda 8 milyona avtomobil satılır – FOTOLAR


Azərbaycanda daha bir bahalı maşın elanı diqqət çəkib.

“Cebheinfo.az” xəbər verir ki, bu dəfə “Mercedes AMG One” modeli satışa çıxarılıb.

2025-ci il istehsalı maşın 8 milyon 211 min manata təklif olunur. 1,6 litr mühərriklə təchiz olunan model 1063 at gücündədir.

Avtomobil 200 kilometr sürətə cəmi 7 saniyədə çatır. Maksimal sürəti isə 352 kilometrdir.

Üstəlik, “Mercedes AMG One” modelindən cəmi 275 ədəd istehsal olunub. Bu lüks avtomobilin sifarişlə ölkəyə gətirilir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ