Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Parisdə teatr tamaşası zamanı feminist etirazçılarla bağlı səsləndirdiyi ifadələrə görə məhkəməyə verilib.
Turkustan.az xəbər verir ki, qadın hüquqları təşkilatları və feminist qruplar bu açıqlamalarla bağlı rəsmi şikayət ərizəsi təqdim ediblər.
Fransız feminizmində simvolik fiqur sayılan 343 qadın Bricit Makrona qarşı “ictimaiyyəti təhqir etmək” maddəsi ilə iddia qaldırıb. Şikayətçilərin sayının 343 olması 1971-ci ildə Fransada abortun leqallaşdırılmasını tələb edən tarixi petisiyaya istinad kimi qiymətləndirilir. Həmin petisiyada 343 qadın hamiləliklərini dayandırdıqlarını açıq şəkildə bəyan etmişdi.
Hadisə Parisdəki Folies Bergère teatrında baş verib. Daha əvvəl təcavüzdə ittiham olunan, lakin işi bağlanan fransız aktyor və komediyaçı Ari Abittanın çıxışı zamanı feminist fəallar səhnəni “Abittan, təcavüzkar” şüarları ilə etiraz edərək yarımçıq qoyublar.
Sosial şəbəkələrdə yayılan videoda qızı və dostları ilə tamaşanı izləyən Bricit Makronun etirazçılara “sales connes” (alçaq axmaqlar) dediyi, onların yenidən görünəcəyi halda “atılacaqlarını” söylədiyi iddia olunur.
Feminist qrupların vəkili Juliette Chapelle France Inter radiosuna açıqlamasında bildirib:
“Bricit Makron Fransanın birinci xanımıdır. Onun söylədiyi sözlər ictimai məna və məsuliyyət daşıyır.”
Aytən Yaşar/ Turkustan.az