Rusiya: Qərb qoşunları Ukraynaya yerləşdirilərsə, qanuni hədəfə çevriləcək


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi ehtimalının qəbuledilməz olduğunu bildirib və əlavə edib ki, "bu sözdə sülhməramlı qüvvələr Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflərə çevriləcək".

Turkustan.az xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərə toxunub.

Qərb qoşunlarının Ukraynada yerləşdirilməsi ehtimalını qiymətləndirən Zaxarova bildirib ki, "Qərb qoşunlarının Ukrayna ərazisinə hər hansı bir bəhanə və ya formada yerləşdirilməsi bizim üçün qəbuledilməzdir. Bu sözdə sülhməramlı qüvvələr Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflərə çevriləcək".

Ukrayna Prezidenti Vladimir Zelenskinin 12 dekabrda Xarkov vilayətindəki Kupyansk şəhərinə səfərinin görüntülərini paylaşdığını xatırladan Zaxarova, bu şəhərin noyabr ayında Rusiya ordusu tərəfindən ələ keçirildiyini qeyd edərək, "Azad edilmiş Kupyansk hələ də Rusiya qüvvələrinin nəzarəti altındadır" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ