İtkin düşən balıqçılar İrandadır - “Atası ora gedib, amma...”


“Deyilənlərə görə, İran tərəfi hər iki balıqçını xilas edib, indi ordadırlar”.

Bu sözləri “Yeni Sabah”a Astara rayon Şahağac kənd sakini Elçin Əsadullayev verib.

O, Astarada dənizdə itkin düşən 2 balıqçı – Turan və Ağadədə Həsənovlara dair rəsmi məlumatın olmadığını vurğulayıb:

“İtkin düşən balıqçılardan birinin - Ağadədə Həsənovun atası hazırda İrandadır. Lakin o da hələlik oğlunu görə bilməyiblər.

Maraqlısı odur ki, əgər balıqçılar İran səlahiyyətlilərinin əlindədilərsə, niyə bizimkilərə göstərmirlər. Hələ dəqiq bilmirik ki, onlardır, ya yox. Harada saxlanıldıqları haqqında da məlumatsızıq".

Xatırladaq ki, dekabrın 10-u səhər saatlarında Xəzər dənizində 2 balıqçı itkin düşüb. Onlar Astara rayonunun Şahağac kəndindən balıq tutmaq üçün dənizə çıxıb və geri qayıtmayıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

Axtarışlara helikopterlər də cəlb olunub.


MANŞET XƏBƏRLƏRİ