Pezeşkian etiraf etdi: İsrailin raketləri bizimkilərdən daha güclü idi


İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pezeşkian Cənubi Xorasanda keçirilən "Təhsildə Ədalətin Təkmilləşdirilməsi Hərəkatı"nın iclasında çıxış edib.

Turkustan.az xəbər verir ki, Pezeşkyan İsrail ilə münaqişədə İran xalqının qətiyyətli mövqeyini vurğulayaraq bildirib ki, "Düşmən ölkəmizi bölməyə hazır idi, lakin xalqın gücü onların məğlubiyyətinə səbəb oldu. Onların (İsrail) raketləri bizimkindən daha dəqiq, daha çox sayda və daha güclü idi, lakin xalqımız düşməni ümidsizliyə saldı".

Xalqla həmrəyliyin vacibliyini vurğulayan Pezeşkyan aşağıdakıları qeyd etdi:

"Əgər ictimaiyyətə kömək etmək üçün həssaslıqla hərəkət etsək və mövcud şəraitdə dəyişiklik yaratmaq istəsək, mütləq bir yol tapacağıq. Amma Parlamentin qərarını və hökumətin hərəkətini gözləsək, heç bir nəticə əldə edə bilməyəcəyik."

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ