Netanyahu ölüm cəzası qanun layihəsini təsdiqlədi


İsrailin Baş naziri Binyamin Netanyahu Əl-Əqsa əməliyyatında iştirak edən fələstinlilərin xüsusi hərbi məhkəmədə mühakimə olunmasına və ölüm cəzası ilə cəzalandırılmasına imkan verən qanun layihəsini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu 7 oktyabr 2023-cü ildə Fələstin qrupları tərəfindən həyata keçirilən Əl-Əqsa Fırtınası əməliyyatında iştirak edən fələstinlilərin xüsusi hərbi məhkəmədə mühakimə olunmasına və ölüm cəzası ilə cəzalandırılmasına icazə verən qanun layihəsini təsdiqlədiyi bildirilir.

İsrailin "Yedioth Ahronoth" qəzetinin məlumatına görə, ifrat sağçı Sionist Dini Partiyasının üzvü Simça Rotman və "Evimiz İsrail" Partiyasının üzvü Yuliya Malinovski tərəfindən təqdim edilən qanun layihəsi Netanyahu tərəfindən təsdiqlənib.

Məhkəmə proseslərinin bu məqsədlə yaradılacaq "xüsusi hərbi məhkəmə" tərəfindən aparılacağı və fələstinlilərin "soyqırım törətmək, dövlət suverenliyini pozmaq, müharibəni qızışdırmaq və düşmənə kömək etmək"də ittiham olunacağı və İsrail qanunlarına görə, bu cinayətlərin cəzasının ölüm olduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ