Peskov təkzib etdi: Ərdoğan bunu istəməyib!


Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda S-400 sistemləri məsələsini müzakirə etməyiblər.

Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, “Blumberq” Ərdoğanın ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə Türkmənistanda keçirilən görüşdə S-400 məsələsini də qaldırdığı barədə məlumat yaymışdı.

İddia edilib ki, Türkiyə F-35 döyüş təyyarələrini ala bilmək üçün Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini geri qaytarmağa çalışır./axar.az


MANŞET XƏBƏRLƏRİ