Paşinyan Rusiyadan Naxçıvanla bağlı xahiş etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyəyə aparan dəmir yolu xətlərinin müəyyən hissələrinin bərpasına dəstək göstərməsini xahiş edib.

Turkustan.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Jurnalistlərlə söhbətində Paşinyan bildirib ki, rusiyalı həmkarlarından Yerasxdan Naxçıvana qədər olan dəmir yolu hissəsinin, eləcə də Axurik kəndindən Türkiyə sərhədinə uzanan xəttin tam bərpası ilə bağlı müraciət edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda İcevan–Qazax dəmir yolu hissəsi ilə bağlı məsələni də qaldırmağı planlaşdırır.

Ermənistan hökumətinin başçısı Rusiya tərəfinin bu müraciətlərə müsbət yanaşacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Paşinyan daha əvvəl kilsələrdə milli bayraqların asılması, eləcə də bazar günü ibadətlərindən əvvəl dövlət himninin səsləndirilməsi ilə bağlı təkliflərlə də çıxış etmişdi.


MANŞET XƏBƏRLƏRİ