Xanənddə Malik Həsənov konsert proqramı ilə çıxış edəcək


Özünəməxsus səsi ilə sevilən və seçilən istedadlı xanəndə Malik Həsənov konsert proqramına hazırlaşır.

Turkustan.az xəbər verir ki, xanəndə Yeni ilin ilk konsertlərindən birini verəcək. Belə ki, yanvarın 10-da Azərbaycan Dövlət Akademik Flarmoniyasında keçiriləcək solo konsert “Sədayi musiqi xoşdur” adlandırılıb.

Konsertdə Malik Həsənovu tarda İqbal Məmmədzadə, kamançada Xəyyam Məmmədov müşayiət edəcək.

Konsertə biletləri https://iticket.az/events/concerts/malik-hasanov-sedai-musiqi-xosdur saytından əldə etmək mümkündür.

Gülnarə Habilqızı/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ