NATO-nun baş katibi Rutte bildirib ki, Ukrayna prinsipcə Alyansa üzvlük üçün müraciət edə bilər, lakin ABŞ, Macarıstan, Slovakiya və bir neçə digər müttəfiqin müqaviməti səbəbindən üzvlük hazırda praktik deyil.
Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Polşaya səfəri çərçivəsində Polşa Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamış ilə birgə mətbuat konfransı keçirib.
Rutte Polşanın ümumi daxili məhsulunun 4,5 faizindən çoxunu müdafiəyə xərclədiyini və tezliklə F-35 qırıcı təyyarələri almağa başlayacağını qeyd edərək, ölkənin 2035-ci ilə qədər hərbi personalının sayını 300 minə çatdırmaq planını alqışlayıb.
Rutte bildirib ki, Polşa Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Kiyevə 4 milyard avrodan çox hərbi yardım göstərib və əlavə edib ki, "Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Polşa bunu çox yaxşı bilir".
Aytən Yaşar/ Turkustan.az