Türk fermerin Qarabağla bağlı addımı: dünyaya elə mesaj verdi ki… – FOTO


Türkiyəli fermeri Qarabağ mesajı gündəm olub.

Turkustan.az xəbər verir ki, Kırklarelinin Evrensekiz qəsəbəsində fermer Burak Tunçkol Azərbaycanın Zəfər Bayramını qeyd edib.

O, bu məqsədlə torpaqda şumla cümlələr yazıb.

Təxminən 5 saat ərzində davam edən proses zamanı Tunçkol bunları qeyd edib:

“Qarabağ zəfərinin 5 yaşı var, dünya, minlərlə şəhidini unutma”.

Ardınca fermer bu barədə yerli mediaya açıqlama verib:

“Yazını yazdığımız yer Evrensekiz qəsəbəsidir. İstanbul və Avropaya gedən təyyarələrin keçdiyi yerdir. Yəni onlar tarlalara yazdığımız bu iri hərfləri görür. Dünyaya göndərmək istədiyimiz mesaj budur: Yaşadığım yerlə Azərbaycan arasında 3000 kilometr məsafə var. Bizim üçün məsafələr önəmli deyil. Azərbaycanlılarla sevgi bağımız var, biz qardaş ölkəyik. Bu yazını onların, şəhid analarının şərəfinə qeyd etdik”.

Türk fermerin Qarabağla bağlı addımı: dünyaya elə mesaj verdi ki... - FOTO

/Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ