Abramyandan müharibə mesajı: Çox ciddi hadisələr olacaq


“İrana növbəti hücum daha ciddi olacaq, bu, birbaşa Ermənistana da təsir edəcək”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“ABŞ və İsraildən gələn bəyanatlar göstərir ki, İran ətrafında yaranmış geosiyasi problem nəinki həll olunmayıb, hətta yaxın gələcəkdə daha ciddi hadisələrin baş verəcəyi gözlənilir. Əlbəttə, İran bütün bunları yaxşı başa düşür, buna görə də, sıradan çıxmış hərbi hissələr və sistemlərin bərpası və modernləşdirilməsi üzərində işləyir. Bundan başqa, İran hava hücumundan müdafiə, xüsusilə aviasiya sahəsində böyük sövdələşmələr edir, raket və PUA donanmasının texniki və taktiki imkanlarını artırır”, - deputat bildirib.

Abramyan əlavə edib ki, İrana hücumun Ermənistana birbaşa və dolayısı ilə təsir edəcək ciddi nəticələri olacaq. /Teleqraf/


MANŞET XƏBƏRLƏRİ