Xəzər dənizinin adı dəyişdirilsin - Arif


Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsini və hökumətin dənizin rəsmi adını "Kaspian" olaraq təsdiqləməsini təklif edirəm.

Turkustan.az xəbər verir ki, bunu İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif deyib.

Onun sözlərinə görə, Meteorologiya Təşkilatı bu yaxınlarda televiziyada yayımlanan xəritədə “Kaspian dənizi” adını istifadə edib.

Arif bildirib ki, “Xəzər” adı ilə bağlı iki fikir var və onlardan biri bu ada qəti şəkildə qarşı çıxır. Onun sözlərinə görə, bəzi qeyri-iranlı tədqiqatçılar da Tehranın niyə “Kaspian” əvəzinə “Xəzər” adını istifadə etdiyini soruşurlar./axar.az


MANŞET XƏBƏRLƏRİ