Paşinyan və Əliyev Türkiyədə görüşəcək?


“Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Türkiyədə görüş planlaşdırılmayıb”.

Turkustan.az xəbər verir ki, bunu Paşinyanın ofisinin sözçüsü Nazeli Baqdasaryan deyib.

O, liderlərin görüşünün nəzərdə tutulmadığını bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə səfər edəcəyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Kahramanmaraşda ərsəyə gətirilən “Azərbaycan məhəlləsi”nin açılışına qatılacağı bildirilib.

Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan da Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər edəcək./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ