Azərbaycan gəncliyini SON SAVAŞA səsləyən Şəmistan bəy...


Şəmistan Əlizamanlı – 65

Borçalıdan çıxıb Bütöv Azərbaycana, Türküstana səs salan Şemistan bəy.

Onu I Qarabağ savaşında ilk hərbi diktorumuz kimi tanıdıq, hər axşam milyonların gözlədiyi qələbə xəbərləri ilə xalqımızı müjdələdi. İşğal dövründə isə milli, hərbi vətənpərvər mahnıları ilə Azərbaycan gəncliyini SON SAVAŞA səslədi. Bugünkü qalib nəsil həm də Şəmistan bəyin mahnılarından aldığı ruhla son savaşa yollandı.

Özünəməxsus səsi Vətən sərhədlərini aşan Şəmistan bəy, bütün Türk ellərində sevilir, dinlənilir. Buna, birgə səfərlərimizdə şahid olmuşam.

Şəmistan bəy 65 yaşında da eyni şövqlə çoxşaxəli fəaliyyətinə davam etməkdədir. "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri kimi uğurlu layihələrə imza atır.

Ta gənclik illərimdən bir çoxları bizi bir birimizə bənzədib, yaxın qohum sananlar olub. Görünüş və təbiət etibarilə... Və mən hər dəfə bu bənzətmələrdən məmnun olmuşam.

Təbrik edirəm, Şəmistan bəy. Azad Qarabağ torpaqlarına birlikdə ayaq basdıq. YOL yoldaşı olduğumuz Böyük hədəflərimizi də Tanrı yaxın eləsin.

Yubiley yaşınız qutlu olsun!

Hörmətlə, Aqil Camal - "Turkustan" Media Qrupunun baş redaktoru

No description available.

No description available.

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ