İsrail errməniləri dəli etdi: Ermənistan Azərbaycan bayrağı ilə təqdim olundu - FOTO


İsrailin dövlət televiziya kanalı olan "Kan 11" “Avroviziya” mahnı müsabiqəsinin yarımfinal yayımı zamanı Ermənistan və Azərbaycanı eyni bayraq - Azərbaycan bayrağı ilə təqdim edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, hadisə İsraildə yaşayan erməni icması arasında ciddi narazılıq yaradıb. Petah-Tikvada fəaliyyət göstərən İsrail erməniləri ittifaqı “Nairi”nin sədri Artem Çernamoryan baş verənləri şərh edərək bunun qəsdən edilmədiyini bildirib.

Onun sözlərinə görə, söhbət təxribatdan yox, redaksiya səhlənkarlığından gedir: “Düşünmürəm ki, bu, məqsədli addımdır. Daha çox diqqətsizlik təsiri bağışlayır. Belə hallar onlarda əvvəllər də olub. Bazar günü rəsmi müraciət ünvanlayaraq üzr tələb edəcəyəm”.

O, həmçinin xatırladıb ki, "Eurovision Song Contest" ilə bağlı oxşar qalmaqal 2025-ci ildə də yaşanmışdı. Həmin vaxt Ermənistan təmsilçisinin çıxışından sonra "Kan 11"in şərhçisi “Bu mahnını dinləyəndən sonra özümüzü “Survivor”dakı kimi hiss etdik” demiş, daha sonra isə “Bu insanlara Qüdsdə bütöv bir məhəllə verdiyimizə inana bilmirəm” ifadəsini işlətmişdi.

Bundan sonra Ermənistan İctimai Televiziyası İsrail ictimai yayımçısından izahat tələb etmişdi. Daha sonra kanal rəhbərliyi rəsmi şəkildə üzr istəmişdi./publika.az


MANŞET XƏBƏRLƏRİ