Ermənistan vətəndaşlarının Rusiyaya girişinə icazə verilməməsi ilə bağlı heç bir məlumat almamışıq.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Ola bilsin ki, hansısa vətəndaşın sənədlərlə bağlı problemləri var, amma eyni anda 100 min insan belə bir problem yaşamır. Bu, yəqin ki, savadsız Kaluqa oliqarxının (Samvel Karapetyan - red.) düşüncə məhsuludur. Onlar hər gün Ermənistana qarşı hansı planın “daha yaxşı” işləyə biləcəyi barədə düşünürlər. Azərbaycanlılar 300 min azərbaycanlıdan danışmır, amma onlar bu barədə danışırlar. Onlar dövlət əleyhinə fəaliyyətlə məşğuldur və buna əvvəlcə siyasi, sonra isə hüquqi qiymət verilməlidir. Biz Ermənistandan digər ölkələrə pomidor ixrac edirik, oradan isə Ermənistana casus ixrac olunur (Rusiya nəzərdə tutulur – red.). Bu maraqlı ticarət dövriyyəsi əvvəlcə siyasi, sonra isə hüquqi proseslərlə müşayiət olunmalıdır”, - o bildirib.
Papoyan vurğulayıb ki, azərbaycanlıların Ermənistana qaytarılması məsələsi bağlanıb:
“Bu məsələ Kaluqa oliqarxının ətrafı üçün faydalıdır, onlar bundan Ermənistana qarşı istifadə etmək istəyirlər, çünki zəif Ermənistan Kaluqa oliqarxı üçün faydalıdır”. /axar.az/