“Bakı Şəhərsalma Həftəsi”nin üçüncü günü - 2026-cı il mayın 13-də “Vətəndaşların Sosial Rifahı Naminə” və “Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” İctimai Birlikləri tərəfindən “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva qonaqları salamlayaraq, “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində QHT Agentliyinin tərəfdaşlığı və təşkilatçılığı ilə keçirilən tədbirlər haqqında ətraflı məlumat verərək, yerli və xarici vətəndaş cəmiyyəti üzvlərini WUF13-də fəal iştiraka səsləyib.
“Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” prezidenti Davud Rəhimli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə də çıxış edərək, şəhərlərdə inklüziv inkişafın təşviqi, vətəndaş cəmiyyətinin bu istiqamətdə rolunun gücləndirilməsi, eləcə də müxtəlif sosial qrupların qərarvermə prosesində iştirakının vacibliyini diqqətə çatdırıblar.
Tədbir panel müzakirələrlə davam edib.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş Katibi Azər Allahverənovun moderatorluğu ilə keçirilən “Dayanıqlı və inklüziv cəmiyyətə doğru: hüquqi və institusional mexanizmlər” adlı I Paneldə Tacikistanın Əlilliyi olan Şəxslər Milli Komitəsinin rəhbəri Asadullo Zikrikhudoev, “Women Future Cities” və “Communities Connect Cities” təşkilatlarının həmtəsisçisi və sədri, Omanın Muskat Kollecinin Qəyyumlar Şurasının üzvü Laila Al Hadhrami, Hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Pərvanə Vəliyevanın moderatorluğu ilə keçirilən “Əlçatan şəhərlər və inklüziv gələcək: dövlət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti əməkdaşlığı” adlı II paneldə isə İordaniya Senatının üzvü, Senatın Əlilliyi olan Şəxslər Komitəsinin sədri və “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin sədri Asia Abdel Yaghi müxtəlif məruzələrlə çıxış edərək, şəhərlərdə inklüziv inkişafın təşviqi, vətəndaş cəmiyyətinin bu istiqamətdə rolunun gücləndirilməsi, eləcə də müxtəlif sosial qrupların qərarvermə prosesində iştirakının vacibliyini diqqətə çatdıraraq, inklüziv şəhər modelləri üzrə beynəlxalq və yerli təcrübələr təqdim edib, əlilliyi olan şəxslərin şəhər həyatına inkluziyası ilə bağlı mövcud çağırışlar və həll yollarını müzakirə ediblər.
Tədbirdə, həmçinin əlilliyi olan uşaqların musiqi və rəqs ifaları təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Fotolar










