Kanada parçalanır? - Ən zəngin əyalət müstəqil olmaq istəyir


Kanadanın Alberta əyaləti müstəqil olmaq istəyir.

Turkustan.az yerli mediaya istinadən xəbər verir ki, “Albertanı Azad Saxla” kampaniyası çərçivəsində 300 mindən çox imza toplanılıb.

Bu isə ölkə qanunvericiliyə görə, referendum keçirilməsi üçün yetərli saydan xeyli çoxdur. Qanunla tələb olunan say təxminən 178 mindir.

Alberta zəngin neft ehtiyatlarına malikdir. Yerli əhali hökumətin tətbiq etdiyi karbon vergisindən və enerji siyasətindən narazıdır. Bu məsələlər uzun müddətdir Alberta sakinləri ilə hökumət arasında mübahisələrə səbəb olur. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ