Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi 206 saylı tam orta məktəbdə təlim keçirdi


Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant maliyyəsi əsasında reallaşdırdığı "Evimiz-Dəyərlərimiz” layihəsinin icrasını Bakı şəhəri 206 saylı tam orta məktəbdə davam etdirdi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə təlim başladı.

Layıhənin rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB sədri Əli Cəfərov şagirdlərlə qısa tanışlıqdan sonra layihənin əhəmiyyəti barədə məlumat verərək bildirdi kı, bu gün biz sizin istirakınızla Ailə dəyərləri və valideyin- övlad münasibətləri mövzusunda sizlərin iştiralı ilə hazırlanan kiçik səhnəcik həm tərbiyyəvi , həm də psixoloji baxımdan çox əhəmiyyətlidir. Belə tamaşalar usaqlara ailənin ,hörmətin, sevginin və qarşılıqlı anlayışın vacibliyini canlı şəkildə çatdırır. Düşünürəm kı, bu cür səhnəciklər usaqlar sizdə ailəyə bağlılıq hissini gücləndirər, valideyinə, böyüyə hğrmət hissini artırar , kiçiyə qayğı kimi hissləri gücləndirər.Daha sonra Layihə rəhbəri sözü Bakı Uşaq və Gəncər teatırının aktyoru Mehman müəllimə verdi. Mehman müəlim öz növbəsində sağirdləri salamladıqdan sona təlim-məşqi davam etdirdi.
Təlimin gedişatında foto və video çəkilişi aparıldı.


MANŞET XƏBƏRLƏRİ