ABŞ-ın İranla bağlı planı açıqlandı, Tehran sərt reaksiya verdi


ABŞ prezidenti Donald Trampın Çinə səfərindən sonra İranla bağlı yeni hərbi variantları nəzərdən keçirdiyinə dair iddialar beynəlxalq mediada geniş rezonans doğurub.

Turkustan.az xəbər verir ki, Hörmüz boğazında mümkün əməliyyat planları və İran infrastrukturuna zərbə ehtimalları gündəmdə müzakirə olunarkən, Tehran administrasiyasından diqqətçəkən açıqlama gəlib.

ABŞ mediasında yayılan məlumatlara görə, Tramp administrasiyası İranın regiondakı artan təsirinə qarşı müxtəlif hərbi ssenariləri qiymətləndirməyə davam edir. Xüsusilə Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ Hərbi Dəniz Qüvvələrinin potensial müdaxilə variantları nəzərdən keçirilir.

“Axios”un ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə əsasən, Vaşinqtonun müzakirə etdiyi planlardan biri də “Azadlıq Əməliyyatı”nın yenidən aktivləşdirilməsidir.

Məlumata görə, sözügedən plan Hörmüz boğazında təhlükəsizliyin gücləndirilməsi və İranın mümkün təhdidlərinin qarşısının alınmasına yönəlib.

Tramp administrasiyası daha əvvəl də oxşar əməliyyatı qısa müddət ərzində həyata keçirmiş, lakin İranla aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu açıqladıqdan sonra planı dayandırmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ