“1000-ə 1000” əsir mübadiləsinin ilk mərhələsi çərçivəsində 205 ukraynalı Rusiya əsirliyindən azad edilərək ölkəsinə qaytarılıb.
Turkustan.az xəbər verir ki, Volodimir Zelenski Telegram hesabında bildirib ki, geri dönənlər arasında Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətinin hərbçiləri var.
Bu, “1000-ə 1000” formatında həyata keçirilən əsir mübadiləsinin ilk mərhələsidir.
Aytən Yaşar/ Turkustan.az