Ələsgər Siyablı
1)İsrail ilə Fələstin arasındakı problemin kökünün 14 may 1948-ci ildə yəhudi dövlətinin yaradılmasında görürlər.Ərəb-İsrail problemi həqiqətən ordan başladı?
Fələstin-İsrail qarşıdurmasının kökü daha qədimdir.
Fələstin probleminin mahiyyətini aydınlaşdırmaq üçün uzaq tarixi keçmişə nəzər salmaq lazımdır.
Bugünki Fələstin coğrafi anlayışdır, hər hansı bir etnik məna kəsb eləmir.Fələstinin bütövlükdə İsrailin qədim adı Kənandır, Avropalılar bu ərazini Levant adlandrırlar.
636-640-cı illərdə Bizansa məxsus Fələstin ərazisini ərəblər işğal etdi. Sonrakı altı əsr ərzində bu əraziyə nəzarət Əməvilərdən Abbasilərə və yenidən yəhudilərlə düşmənçilik edən Səlibçilərə keçdi.Həmin dövrlərdə ilk ərəblər Fələstində məskunlaşdılar və ərəblər yaşadıqları coğrafi ərazinin adı ilə fələstinlilər adlandılar.
1517-ci ildən etibarən Fələstin adlandrılan ərazi sultan I Səlimin hakimiyyəti dövründə Osmanlı Türk İmperiyasının hakimiyyəti altına keçmişdir.Cənubi-Şərqi Avropa, Kiçik Asiya, Yaxın Şərq, Misir və Şimali Afrika kimi dünyanın geniş bir ərazisini əhatə edən Osmanlı İmperiyasının Fələstində hakimiyyəti 400 il davam etmişdir.
1897-сi ildə Bazel şəhərində keçirilən 1-ci Sionist konresində qəbul olunan proqram əsasında Fələstində yəhudi dövlətinin yaradılması və bu haqda əlaqədar dövlətlərə müraciət edilməsi üçün qərar qəbul edildi.Bu qərara uyğun olaraq yəhudi Sion hərəkatının rəhbərlərindən olan T.Herzl sultan II Əvdülhəmidə maliyyə problemi yaşayan Osmanlı dövlətinin borclarını ödəmək müqabilində yəhudilərin Fələstinə yerləşmələrinə icazə verməsini təklif etdi.Lakin Osmanlı dövlətinin yaşadığı bütün iqtisadi və siyasi böhrana rəğmən bütün müsəlmanların xəlifəsi olan sultan bu təklifi rədd etdi.Osmanlı dövlətinin müqavimətinə baxmayaraq yəhudilər öz ana vətənləri Fələstinə yerləşməyə başladılar.
1917-ci ildə qəbul edilən Belfur deklarasiyasına əsasən Osmanlı dövləti ilə müharibə aparan Böyük Britaniya yəhudilərin kütləvi şəkildə Fələstinə dönmələrinə izin verdi.1920-1930-cu illərdə Fələstin ərəbləri öz evlərini və torpaq ərazilərini kütləvi şəkildə yəhudilərə satmağa başladılar.Proses kütləvi şəkil aldığından Fələstin ərəblərinin İcraiyyə komitəsi yəhudilərə torpaq satan ərəbləri baykot qərarı aldılar.
1922-ci ildə Millətlər Liqasının Fələstini idarəsi üçün Böyük Britaniyaya mandat verməsi və “milli yəhudi evləri” yaratmaq planı,yəhudilərin Fələstinə köçməsi sürətləndirdi.Lakin bundan narazı qalan ərəblər üsyan qaldırdılar.1920-ci ildə Yerusəlimdə “Nəbi Musa” adlı müsəlman festivalı zamanı ərəblər nümayişkaranə şəkildə yəhudi məhəllərinə yürüş təşkil etdilər.İki gün ərzində baş verən yəhudi talanları nəticəsində 5 yəhudi öldrüldü və 216-sı isə yaralandı.Yəhudi talanlarına rəhbərlik edən Əmin əl-Hüseyn adlı bir din xadimi 10 il həbsə məhkum edilsə də ölkədən qaçmağa müvəffəq oldu.Lakin Fələstinin ingilis ali komissarı Herbert Samuel Əmin əl-Hüseyni əfv edərək onu Yerusəlimin baş müftisi təyin etdi.
Əmin əl-Hüseynin hakimiyyətinin güclənməsi onun antiyəhudi təbliğatının genişlənməsi və ərəb terror qruplarının yaranması ilə müşaiyət olundu.Yəhudilərə qarşı yaradılan ərəb terror qrupları 1921-ci ildə Yaffada,Tul-Kərimdə,Xaderdə yəhudi məskənlərinə hücumlar təşkil etdilər.
1919-1923-cü illər ərzində “üçüncü aliyə” adlanan yəhudi köçləri zamanı Çərqi Avropa ölkələrindən Fələstinə 40 min yəhudi yerləşdi.Əkinçilik və sənətkarlıq vərdişlərinə malik bu insanların gəlişi bölgədə iqtisadiyyatın inkişafına təkan verdi.İsrail və Xeher vadilərində bataqlıqlar qurudularaq kənd təsərrüfatı üçün yaralı hala gətirildi.Ərəblərin yəhudi köçlərinə qarşı etirazları onlara qarşı kütləvi talanlar şəkli aldı.Yəhudilər özlərini müdafiə etmək üçün “Xaqana” adlanan hərbi özünümüdafiə dəstələri yaratdılar.
1920-ci illərin axırında şeyx İzzəddin əl-Kassam yəhudilərə və britaniya obyektlərinə qarşı partizan müharibəsi aparmaq üçün gizli terror təçkilatı qurdu.”Qara əllər” adlanan bu hərbi dəstə 5 nəfərdən ibarət mütəhərrik qruplar şəklində təşkil olunurdu.
1929-cu ildə əl-Hüseynin birbaşa gizli təhriki ilə Fələstin şəhərlərində yəhudi talanları məqsədilə ərəb üsyanları baş verdi.Əmin əl-Hüseyn Hitler hakimiyyətə gəldikdən sonra faşist Almaniyası ilə yaxından əməkdaşlıq etmişdir.
Hitlerin Almaniyada hakimiyyətə gəlməsi və yəhudilərə qarşı başladılan kütləvi təqib və qətliamlar Avropa ölkələrindən yəhudilərin Fələstinə kütləvi axınına səbəb oldu.
İkinci Dünya müharibəsinin sonunda yəhudilər artıq Fələstin əhalisinin 33%-nı təşkil edirdi.1947-ci ildə Böyük Britaniya ərəbləri və yəhudiləri məmnun edəcək Fələstin üzərindəki mandatından imtina etdi və bunun müqabilində Birləşmiş Millətlər Təşkilatı Fələstinin bölünərək ərazisində ərəb və yəhudi olmaqla iki dövlətin yaradılması haqqında qərar qəbul etdi.
14 may 1948-ci ildə David Ben-Qurion İsrail dövlətinin yarandığını elan etdi.
Lakin Ərəb dövlətləri birliyi və Ali Ərəb şurası Fələstinin əhalisinin 67%-nın qeyriyəhudilərdən ibarət olduğu bəhanəsi ilə iki dövlətin yaranması haqqında BMT planını ədalətsiz hesab edərək qəbul etmədilər.Məqsəd fələstinlilərin yaşadıqları ərazini öz aralarında bölmək idi.
İsrail dövləti yaranarkən qatı bir yəhudi əleyhdarı olan İ.Stalin bu döpvlətin yaranmasının əsas dəstəkçilərindən biri oldu.Bu Stalinin çox uzaqgörən bir planı idi.Ərəb dövlətlərinin əhatəsində bir yəhudi dövlətini yaratmaqla Stalin baş verəcək ərəb-İsrail qarşıdurmasında ərəblərə dəstək verib öz tərəfinə çəkmək məqsədi güdürdü.
Fələstin adlı bir xalqın mövcudluğu ərəb millətçi liderləri tərəfindən də inkar edilirdi.Hələ 1937-ci ildə ərəb liderləri Britaniya komissiyasının üzvü Pilə deyirdilər ki, “Fələstin” termini sionistlərin uydurmasıdır.Suriya liderləri iddia edirdilər ki, Fələstin Suriyaya məxsusdur və fələstin xalqı adı altında heç bir xalq mövcud deyil.Suriya prezidenti Hafiz Əsəd 1956-cı ildə BMT-nin Baş Məclisinin Fələstin Azadlıq Təşkilatının lideri Əhməd Şukeyrinin də iştirak etdiyi toplantısında deyirdi ki, hər kəs də bilir ki,Fələstin Suriyanın cənub hissəsindən ibarətdir.
Həmin günün səhərisi Suriya,Misir,Livan,İrak və Traniordaniyadan ibarət beş ərəb dövləti İsrailə müharibə elan etdilər.Məqsəd başlanğıcdan yəhudi dövlətinin yaranmasının qarşısını almaq idi.Ərəblərin bəzi liderləri yəhudiləri dənizə tökəcəklərini bəyan edurdilər.
Lakin bir il davam edən müharbədə İsrail qalib gəldi və öz ərazisini daha da genişləndirdi.Fələstin ərəb dövlətini yaratmaq isə mümkün olmadı.Qaza sektoru Misir tərəfindən işğal olundu,İudeya,Samariya və Şərqi Yerusəlim isə İordaniyaya birləşdrildi.Müharibə nəticəsində 700 min fələstinli ərəb yurdlarını tərk etdi,156 min isə İsrail vətəndaşlığını qəbul etdi.
İsrail dövləti yarandığı gündən etibarən düşmən ərəb dövlətlərinin əhatəsində öz mövcudluğunu qorumaq və inkişafını davam etdirmək məcburiyyətindədir. Radikal ərəb dövlətləri,İran və onun himayə etdiyi İslamçı terror təşkilatları İsrail dövlətinin legitimliyini qəbul etməyərək onu məhv etmək məqsədi güdürlər.
İsrail dövlətinə qarşı mübarizəni özünün başlıca məqsədi hesab edən Fələstin Azadlıq Təşkilatı 1964-cü ildə misirli Yasir Ərafatın rəhbərliyi altında Sovetlər İttifaqı tərəfindən yaradılması Stalinin planının tərkib hissəsi idi.60-cı illərin axırı 70-ci illərin əvvəlində fələstin terroristləri bütün dünyada yəhudilərə qarşı kütləvi hücum aktları həyata keçirdilər.
Yasir Arafat Fələstini təkcə yəhudilərdən deyil İordaniyadan da azad etmək istəyirdi.İordaniyada dövlət içində öz yarımdövlətini quran Arafat kral Hüseyni devirmək məqsədi güdürdü.Lakin buna nail ola bilmədiyindən minlərlə tərəfdarı iordaniya ordusu ilə döyüşlərdə məhv edildi və özü Livana qaça bildi.
Qərb ölkələrində siyasi sığınacaq almış Rumıniya kəşfiyyatının general-leytenantı İon Mixay Paçepa yazır ki,1960-70-ci illərdə Sovet İttifaqı “üçüncü dünya öılkələrində” fəal şəkildə “azadlıq hərəkatları” yaratmaqla məşğul idilər.Məhz həmin dövrdə sovetlər Fələstin ərazisində yaşayan ərəbləri nəzərdə tutaraq uydurma bir “fələstin xalqı” icad etdilər və onun “öz müqəddəratını təyinetmə” uğrundakı mübarizəsini dəstəklədilər.Suriyanın Bekaa vadisində yaradılan hərbi düşərgədə sovet kəşfiyyatının himayəsi ilə yaradılan fələstin,erməni “asala” və kürd marksist “pkk” terrorist təşkilatlarına sovet zabitlət hərbi təlimlər keçirdilər.
“Fələstin xalqı” termini ilk dəfə 1964-cü ildə Moskvada yazılmış Fələstin xartiyasında öz əksini tapdı və tədricən dünya tərəfindən qəbul edilən siyasi terminə çevrildi.Bu xartiyanı Fələstin Milli Şurasının KQB tərəfindən diqqətlə seçilmiş 422 üzvü imzalayaraq təsdiq etdilər.
Bu xartiyada “Fələstin xalqı” terminini istifadə etməkdə məqsəd hələ Bibliya dövründən Fələstində yaşayan və 1845-ci ildən etibarən 150 il ərzində əhalinin əksəriyyətini təşkil edən yəhudilərin bu ərazidəki dominant rolunu heçə yendirmək idi.
1972-ci ildə Kreml hakimiyyət dairələri bütün müsəlman dünyasını İsrailə və ABŞ-a qarşı qaldırmaq qərarına gəldi.KQB-nin o zamanki sədri Yuriy Andropovun məqsədi alman nasistlərinin yəhudilərə qarşı bəslədikləri nifrətə bənzər şəkildə bütün islam dünyasında yəhudilərə nifrət duyğusu aşılamaq idi.Növbəti addım isə bu emosional silahı qanlı terror əməliyyatlarına çevirərək İsrailə və onun başlıca tərəfdarı ABŞ-a qarşı tətbiq etmək idi.
ABŞ-ın və sionistlərin təsir dairəsində olan heç bir ölkə özünü təhlükəsiz hesab etməməli idi.
2) SSRİ Orta Şərq siyasəti çərçivəsində dəstəklədiyi dövlətlər Misir,Suriya və İraq ikən 1964-cü ildə yaradılan Fələstin Azadlıq Təşkilatı da 1980-ci illərin axırlarına qədər dəstəkləndi.Fələstinlilərin mübarizəsi din məcrasına yönələndə bölgədəki aktyorlar da dəyişdi.Bununla bağlı fikriniz?
SSRİ-nin Orta Şərqdə solçu təmayüllü hakimiyyət idarəçiliyinə malik Misiri,Suriyanı,İraqı və Fələstin Azadlıq Təşkilatını monarxist rejimli ərəb dövlətlərinə qarşı dəstəkləməsi gerçək ərəb birliyi yaradılması təşəbbüsləri qarşısında önəmli bir əngəl idi.Monarxiya rejimli ərəb dövlətləri sosialist meylli ərəb dövlətləri ilə münasibətdə məsafə saxlayır və sovetlərin himayəsi ilə onların yaratmış olduqları anti İsrail blokunda birbaşa iştirakdan imtina edərək,ABŞ-ın təşviqi ilə İsraillə normal siyasi münasibətlər qurmağa üstünlük verirdilər.
Ərəb ölkələrini vahid ərəb milliyətçiliyi zəminində birləşdirməyə nail olmaq yolundakı bütün cəhdlər uğursuzluğa düçar olmuşdur. Bunun səbəbi eyni etnik birliyə malik olsalar da bu ölkələr arasında aradan qaldırıla bilməyən iqtisadi ziddiyyətlərin mıvcudluğu idi.
Yaxın Şərqdə pan-ərəbistlərin ərəb dövlətlərini konfederativ əsasda birləşdirmək yolundakı ən iddialı layihəsi Misir və Suriya prezidentləri - Camal Abdel Nasser və Shukri al-Quatli-nin təşəbbüsü ilə bu iki ölkənin ərazilərini özündə birləşdirən Birləşmiş Ərəb Respublikasının yaradılması idi.Gələcəkdə İraqın da bu birliyə qoşulması nəzərdə tutulmuşdu.Lakin ziddiyyətlərin artması, eləcə də 1961-ci ildə Suriyada baş verən hərbi çevriliş bu birliyin dağılmasına səbəb oldu.
1988-ci il noyabrın 15-də Fələstin Azadlıq Təşkilatı Fələstinin ərəb və yəhudi dövlətlərinə bölünməsi ideyasını rədd edərək mühacir fələstin hökuməti və Müstəqil Fələstin Dövlətinin yarandığını elan etdi. Həmin ilin 13 dekabrında isə Yasir Ərafat BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsini tanıdığını elan etdi, gələcəkdə İsraili tanıyacağına söz verdi və “bütün formalarda terrorizmi, o cümlədən dövlət terrorunu” rədd edən bəyanat verdi.”Həmas”,”Əl Aksa şəhidləri”,”İslami cihad” kimi təşkilatlar Yasir Ərafatın İsrailə qarşı “yumşaq” münasibətindən narazı qalıb
radikal islamçı plotformadan çıxış edərək özlərini Fələstin Azadlıq Təşkilatına qarşı qoyurdular.
1991-ci ildə Sovet İttifaqının dağılması və Moskvanın Yaxın Şərqdə öz təsirini itirməsi ilə yaranan boşluqdan istifadə edən ABŞ regionda tam siyasi-hərbi üstünlük əldə etdi.Sovet İttifaqının təmənnasız maliyyə yardımlarından məhrum olan Fələstin Azadlıq Təşkilatı və fələstinin digər terrorçu təşkilatları tezliklə radikal ərəb dövlətlərinin və İranın maliyyə asılılığına düşdülər.
Rusiya ictimai rəyində tənəzzül və rüsvayçılıq dövrü kimi qəbul edilən 1990-cı illərdən sonra Rusiyanın 2000-ci illərdəki xarici siyasəti dövləti beynəlxalq münasibətlərdə öz əvvəlki mövqeyinə qaytarmağa yönəlmişdi.
ABŞ-ın Əfqanistandan və İraqdan çəkilməsindən sonra Moskva və Tehran bölgədə yaranmış “boşluğu doldurmağa” çalışırlar.
Suriya Rusiyanın Ərəb Yaxın Şərqində Sovet dövründən qalma son qalasıdır və Rusiya-İran strateji əməkdaşlığının uğurla davam etdiyi məkandır.
Kremlin regionda təsirinin sürətlə azaldığı illərdən sonra Rusiya, eləcə də İran Yaxın Şərq siyasətinə “kəskin qayıdış” nümayiş etdiriblər. Bu, 2015-ci ildə Suriya prezidenti Bəşər Əsədə dəstək verdikləri zaman baş verib.
Moskva beynəlxalq arenada Suriya ilə müttəfiqlik mövqe nümayiş etdirməklə , həm də özünü Yaxın Şərq regionunda radikal islamçı güvvələrə qarşı xristian azlığın müdafiəçisi kimi göstərir.
Qərb ölkələrinin sonradan ”ərəblərin demokratiyaya doğru cəhdləri” kimi dəyərləndirdikləri “Ərəb baharı” hərəkatı Qərb hökumətləri kimi Rusiyanı da hazırlıqsız yaxalamışdı. Ərəb baharı hərəkatının liderləri demokratiyanın inkişafı dedikdə söhbət demokratiyanın islamçı anlayışından gedir.
O vaxt yaranmış bu çaşqınlıqdan sonra özünə gələn Moskva bu hərəkatın onun maraqlarına və bütünlükdə regionun sabitliyinə təhdid təşkil etdiyinə inandı və bu hərəkata qarşı açıq düşmənçilik münasibəti sərgilədi.
Rusiyada 22 milyon müsəlman yaşayır ki, onların da ən böyük cəmləşməsi Moskva, Volqaboyu, Qafqaz və Uzaq Şərqdədir. Bundan əlavə, ölkəyə Mərkəzi Asiyanın müsəlman ölkələrində də çoxlu miqrantlar gəlir.
Radikal islamçı qrupların dövlətin sabitliyinə yaratdığı təhlükə səbəbindən müsəlman icması ciddi nəzarət altındadır. Hakimiyyət müsəlman dünyasındakı hazırkı radikallaşmanın Rusiyanın və Mərkəzi Asiya ölkələrinin daxili təhlükəsizliyinə təsir edə biləcəyindən ehtiyat edir.
Vaxtı ilə Sovet İttifaqının malik olduğu ən yaxşı ənənələrə uyğun olaraq Rusiya, ABŞ-ın maraqlarına mane olmaq və özünün böyük dövlət kimi tanınması üçün veto hüququndan istifadə etməklə hədələməkdən çəkinmir.
Yaxın Şərqlə əlaqədar bu o deməkdir ki, Moskva artıq Amerikanın supergüc olaraq istədiyi kimi hərəkət etməsinə imkan vermək istəmir və bu strateji regionda mühüm rol oynamağa və yenidən Yaxın Şərq problemlərinin həllində əsas oyunçu olmağa çalışır.
Yaxın Şərqdə İran Rusiyanın ən yaxın müttəfiqidir.1991-ci ildən iki ölkə arasında əməkdaşlıq strateji sahələrdə (nüvə sənayesi, silah, enerji, kosmos) möhkəmlənir. İranın Rusiyanın köməyi ilə yaratdığı nüvə proqramı Rusiyaya Yaxın Şərqdə təsir etmək istəyini nümayiş etdirmək üçün daha bir fürsət verib. Bu baxımdan o, İslam Respublikasını müdafiə etməkdə davam edir.Tühranla müttəfiqlik Moskva üçün radikal ərəb dövlətlərinə və İsrailə qarşı bir təzyiq vasitəsidir.İranla müttəfiqlik Rusiyanın Yaxın Şərqdə öz mövcudluğunu və təsir dairəsini qoruyub saxlamaqda və sünnü monarxiya rejimləri də daxil olmaqla ABŞ-İsrail tandeminə qarşı ən önəmli təzyiq vasitəsidir.
Ukrayna münaqişəsində Rusiyanın mühüm hərbi müttəfiqi olmaqla İranla münasibətlər keyfiyyətcə yeni bir mərhələyə yüksəlib. Səs-küy yaradan pilotsuz təyyarələrdən əlavə, iranlılar Rusiya tərəfini zirehli geyimlər, dəbilqələr, mərmilər, çoxsaylı buraxılış raket sistemləri üçün raketlər və patronlarla təmin ediblər.
Tehran rejimi öz növbəsində Rusiya ilə müttəfiqlikdən istifadə edib İraq, Suriya, Livan və Yəməndəki vəkilləri və Fələstindəki Həmas və digər radikal islamçı qruplar vasitəsilə regionda nəzarətini mökəmləndirməyə və dominant güc kimi mövcudluğunu qoruyub saxlamağa çalışır.
Eyni zamanda, Rusiya ilə müttəfiqlik Tehrana uzun illər ərzindəki təcriddən xilas olmağa və Qərbin sanksiyalarından yan keçərək regional güc kimi özünü təsdiq etməyə imkan yaradıb.
ABŞ administrasiyası regiona nəzarət etmək və İranın regional ambisiyalarını qarşısını almaq üçün Ərəb-İsrail NATO-sunun yaradılması ideyasını irəli sürdüsə də Hamasın İranın təhriki ilə 7 okyabrda İsrailə yendirdiyi ani zərbədən sonra bu ideya iflasa uğradı
Rusiyanın Səudiyyə Ərəbistanı ilə əlaqələri də yeni əhəmiyyət kəsb edib. Moskva indi həm neft ixracı strategiyasını, həm də Yaxın Şərq münaqişələrinə yanaşmalarını Ər-Riyadla əlaqələndirir.
Həmas İsrail müharibəsi Moskvanı regiondakı münaqişələrə münasibətini kökündən dəyişməyə məcbur etdi. Rusiya əvvəllər bərabər məsafəli mövqe tutmağa çalışırdısa,artıq indi Həması dəstəkləməklə Moskva getdikcə anti İsrail mövqe nümayiş etdirərək Yaxın Şərqin İslam ölkələri ilə birləşir.
Bu mövqenin nəticələri Rusiya daxilində ən gözlənilməz və bəzən sarsıdıcı şəkildə özünü göstərir. Anti-İsrail şüarları altında aqressiv nümayişçilərin “Təkbir” səsləndirən izdihamı yəhudi sinaqoqlarını və yəhudi sərnişinlərin axtarışı ilə hava limanlarını yerlə-yeksan edir.
3) Məzhəb fərqlərinə baxmayaraq,Türkiyə və İran siyasi islamı Fələstin məsələsini özlərinin başlıca hədəfi sayırlar.7 oktyabrdan sonra Qəzza sektorunda İsrailin keçirdiyi quru əməliyyatlarına qarşı müsəlman ölkələrdən hansıları daha təsirli mövqe nümayiş etdirə bildi?
Oktyabrın 7-də səhər Qəzza zolağından güclü raket atışları fonunda radikal islamçı Həmas hərəkatının yaraqlıları İsrailin sərhəd bölgələrinə soxuldular. Həmas-ın hərbi qanadının komandiri Məhəmməd əl-Deif baş verənləri “böyük inqilab günü” adlandıraraq, Fələstin xalqının “öz dövlətini yaratmaq layihəsinə qayıtdığını” bəyan eddi.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Avropa İttifaqı, ABŞ və İsrailin terror təşkilatı kimi tanıdığı Həmas İsrail şəhərlərinə minlərlə raket atıb.
İsrail prezidenti İsaak Hersoqun 2022-ci ildə Ankaraya səfəri iki ölkə arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına səbəb olmuşdu. Həmasın İsrailə hücumundan bir neçə gün əvvəl Benyamin Netanyahu sentyabrın 20-də Nyu-Yorkda Türkevi binasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı zarafatla demişdi: “Qalstuklarımızın oxşarlığı ikitərəfli əlaqələrimizin yaxşılaşmasına işarədir”.Lakin Kameralar qarşısındakı zarafatlar Hamasın İsrailə hücumundan sonra öz yerini Ərdoğanın tamam fərqli açıqlamaları ilə əvəz olundu. Oktyabrın sonunda İstanbulda Fələstin tərəfdarı olan mitinqdə Türkiyə prezidenti: “Biz bütün dünyaya İsrailin hərbi cinayətkar olduğunu deyəcəyik” deyə bəyanat verdi. Ərdoğan həmçinin Avropa İttifaqı və ABŞ,bir çox ərəb dövlətləri tərəfindən terror təşkilatı kimi tanınan və İsraildə bir gündə mindən çox günahsız dinc əhalini qətl edən Həmas-ı “azadlıq hərəkatı” adlandırdı. Bu cür bəyanatlardan sonra İsrail Türkiyədən diplomatlarını geri çağırdı və hər iki ölkə arasında yenicə bərpa olmuş səmimi münasibət qarşılıqlı ittihamlarla əvəz olundu.
Türkiyə prezidenti R.T.Ərdoğanın Haması dəstəkləməsinin arxasında bir neçə səbəb durur.Onun İsrailə qarşı kəskin ritorikası ilk növbədə daxili siyasətə yönəlməklə qarşıdakı bələdiyyə seçkiləri zamanı İstanbulda və digər önəmli şəhərlərdə dindar kəsimin dini təəssübkeşlik duyğularnı istismarı edib səslərini qazanmaq məqsədi güdür.
Rusiya keçmiş sovet respublikalarını öz nüfuz dairəsi hesab etdiyi kimi,Ərdoğan da irəli sürdüyü “neoosmanizm” siyasətinə uyğun olaraq Osmanlı İmperiyasının keçmiş ərazilərini və o cümlədən Qəza zolağı və Fələstini öz nüfuz dairəsi hesab edərək onlara münasibətdə himayə siyasəti yürüdür.Həmas 1987-ci ildə, Birinci Fələstin İntifadasının əvvəlində, “Müsəlman Qardaşları”nın xeyriyyə təşkilatlarının bazası əsasında quruldu; onun ilk rəhbəri Əhməd Yasin idi.
R.T.Ərdoğan və onun AK partiyasının “Müsəlman qardaşları” təşkilatı ilə yaxın münasibətdə olduğu məlumdur.Məhs bu yaxınlıq duyğusu ilə “Müsəlman qardaşları” və onun lideri Məhəmməd Mursinin Misirdə hakimiyyətə gəlməsi Ərdoğan tərəfindən çox hərarətlə alğışlanmış, Mursinin hakimiyyətdən devrilərək həpsə məhkum olunması Türkiyə hakimiyyətinin qəzəbinə Misir ilə diplomatik münasibətlərin kəsilməsinə səbəb olmuşdu.
Həmasın ən başlıca himayədarı və maliyyə dəstəkçisi Katardır.Hamasın siyasi rəhbərliyi və onun siyasi bürosunun xaricdəki ofisi Dahada yerləşir. 2012-ci ildə Əmir Əl Tani Qəzza zolağında HƏMAS rəhbərliyini ziyarət edən ilk xarici dövlət başçısı oldu. 2012 və 2021-ci illər arasında Qətər Qəzzaya tikinti, səhiyyə və kənd təsərrüfatı üçün 1,3 milyard dollar yardım göstərmişdir.
2017-ci il iyunun 5-də bir-birinin ardınca bir sıra ölkələr - qonşu Bəhreyn, Səudiyyə Ərəbistanı, həmçinin Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya, Mavritaniya, Komor adaları, Maldiv adaları və Mavrikiy Qətərlə əlaqələri kəsdiklərini açıqladılar. terror təşkilatları (xüsusən də ən-Nusra Cəbhəsi) ilə əlaqələrinə, bölgədəki dövlətlərin daxili işlərinə qarışmasına və Əl-Qaidə, Müsəlman Qardaşlar və İslam Dövləti ideologiyasının yayılmasına.
Katar Yaxın Şərqdə Türkiyənin ən yaxın münasibətdə olduğu ölkədir.2014-cü ilin dekabrında Türkiyə və Qətər arasında ikitərəfli hərbi saziş imzalanıb, buna uyğun olaraq ötən il dekabrın 19-da Türkiyənin Qətərdəki səfiri Ankaranın Yaxın Şərqdə 3 min əsgərin daxil olacağı ilk türk hərbi bazasını burada yerləşdirmək qərarını açıqlayıb.
Katarla yanaşı Türkiyə də Haması siyasi cəhətdən dəstəkləməklə yanaşı humanitar və maliyyə yardımı göstərir.
Türkiyə Katar və digər monarxist ərəb dövlətləri ilə yaxın münasibətdə olması İranın regionda güclənməsinə qarşı yönəldilmişdir.Türkiyənin İrana münasibəti dualist xarakter daşıyır.O Suriyada Bəşir Əsad rejiminə dəstək verən İranla rəqabət aparmaqla yanaşı,Həmasa münasibətdə onunla əməkdaşlıq edir və İran faktorundan Türkiyənin regionda dominant roluna qarşı qısqanclıqla yanaşan radikal ərəb rejimlərinə qarşı təzyiq vasitəsi kimi istifadə edir.Dini məzhəb fərqliliklərinə baxmayaraq Fələstin-Həmas məsələsində əməkdaşlıq Türkiyə-İran tandemi
Lakin Həması qeyriterror təşkilatı elan edərək onu dəstəkləməsi,demokratik bir dövlət olan İsrailə qarşı yönəltdiyi hədələr,İran,Katar və Rusiya kimi mürtəce rejimlərlə yaxın münasibətləri NATO ölkəsi olan Türkiyənin beynəlxalq imicinə böyük zərbə vurur.
Türkiyənin bütün cəhdlərinə baxmayaraq bu sadalanan amillər və aparıcı ərəb dövlətlərinin qısqanclığı sayəsində onun İsrail-Həmas qarşıdurmasında vasitəçi rolunu istisna edir.
Hal hazırda İsrail-Həmas qarşıdurmasında əsas vasitəçilik rolunu hadisələrin də göstərdiyi kimi ABŞ-ın himayəsi ilə Misir və Katar üstənmişdir.Bu konfliktdə ən təsirli mövqe uzun illər ərzində Qəzza zolağını öz ərazisi kimi idarə etmiş və onunla quru sərhəddi olan, İsraillə də yaxın əlaqələrə malik Misir dövlətinə məxsusdur.Misir hər iki tərəfin tam etimad etdiyi yeganə dövlətdir.
Rusiyanın da bu yöndəki cəhdləri maraqlı tərəflər və o cümlədən ABŞ tərəfindən dəstəklənmir.
4) Türkiyə ilə yaxın münasibətlərinin olmasına baxmayaraq,Azərbaycan iqtidarı bu və digər münaqişələrdə daim İsrailin tərəfini saxlayır.Türkiyə isə qarşı çıxır.Bu ziddiyyət barədə nə demək istəyərdiniz?
Türkiyə Azərbaycanla qardaş ölkədir.44 günlük Qarabağ savaşında Türkiyənin Azərbaycana hərbi,siyasi və diplomatik dəstəklə “Bir millət iki dövlət” düsturu özünü tam şəkildə doğrultdu.Müttəfiqlik haqqında “Şuşa bəyannaməsi” hərbi sahədə əməkdaşlığın əsasını qoymuş və Azərbaycan sovet dövründən miras qalmış rus hərbi sistemindən imtina edərək türk ordu sistemini bütünlüklə qəbul etmişdir.
Azərbaycan dinlərə münasibətdə tolerant ölkədir. Azərbaycan əhalisi dini etiqad baxımından sünni və şiə olmaqla hər iki məzhəbə inanc bəsləyən tərkibə malikdir.Eyni zamanda Azərbaycanda on minlərlə yəhudi vətəndaş mövcuddur və ölkəmizdə onlara qarşı həmişə qardaşlıq münasibəti göstərilmişdir.Bütün bu səbəblərdən Azərbaycan müxtəlif dini məzhəblərə etiqadı rəhbər tutan radikal dini təşkilatlara təhlükəsizlik baxımından məsafəli davranır və onların ölkəmizdə hər hansı bir şəkildə mövcudluğunu və təbliğati fəaliyyətini istisna edir.
İsrail Türkiyədən sonra Azərbaycanın ən yaxın münasibətdə olduğu strateji müttəfiq və dost ölkədir.İsrail dövləti Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir.Qarabaş savaşında İsrail ölkəmizə tam dəstək verərək hərbi sahədə onunla yaxından əməkdaşlıq etmişdir.
AKP və R.Ərdoğanın hakimiyyətə gəldiyi 2002-ci ilə qədər İsrail Türkiyənin ən yaxın strateji müttəfiqi idi. İsrail Dövləti ilə Türkiyə Respublikası arasında son dövrlərdə dini faktorlardan, özəlliklə də Həmas terror təşkilatına münasibətdən qaynaqlanan və siyasi konyuktura ilə əlaqədar gərginliklərin meydana çıxmasına səbəb olmuşdur.
Əslində Türkiyənin Hamasa açıq şəkildə dəstək ifadə etməsi siyasi ritorika olub ABŞ-ın Suriyada terrorçu YPG/PYD təşkilatını dəstəkləyərək silahlandırmasına və onu islam terrorizminə qarşı mübarizə aparan təşkilat kimi qələmə verməsinə qarşı cavabdır.
R.T.Ərdoğana bütün strateji məsələlərdə tam dəstək verən Türk Dövlətləri Təşkilatının üzvü dövlət başçıları onun İsrail əleyhdarı ritorikasına hər hansı bir dəstək nümayiş etdirmədilər.Türkiyədən fərqli olaraq müstəqillik qazanmış türk dövlətləri İsrailə və yəhudilərə qarşı olduqca tolerant münasibət bəsləyir, radikal islam təşkilatlatlarına münasibətdə isə olduqca məsafəli və öz ölkələrində onların fəaliyyətinə heç bir imkan tanımayaraq son dərəcə ehtiyatlı siyasət yürüdürlər.
Həmasın 7 oktyabrda İsrailə hücumuna qədərki dövrdə Azərbaycan prezidentinin vasitəçiliyi sayəsində Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırmaq mümkün olmuşdu.
Azərbaycan Xarici İşlər Nazirliyi İsrail-Həmas savaşında hər iki tərəfdən günahsız dinc əhalinin ölümünü qınasa da Həması dəstəkləyən və İsraili tənqid edən hər hansı bir bəyanat səsləndirməmişdir.Türkiyə,İran və Katardan başqa heç bir müsəlman ölkəsi Hamasın İsraildə dinc əhaliyə qarşı törətdiyi terror əməliyyatını dəstəkləməmişdir.
İsrailə münasibət məsələsində Azərbaycana İrandan rəsmi, Rusiya və Türkiyədə isə bəzi dairələr tərəfindən müəyyən təzyiqlər mövcuddur.İran ad çəkmədən qonşu dövlətlərə müraiciətlə İsrailə yanacaq məhsullarının göndərilməsinin durdrulmasını dəfələrlə tələb etmişdir.Bu müraciət ilk növbədə Azərbaycana qarşı yönəldilmişdir.Çünki İsrailin yanacağa olan ehtiyacının 70%-ni Azərbaycan ödəyir.
Türkiyənin mətbuatında və sosial şəbəkələrdə bir çox türk vətəndaşları İsraillə yaxın münasibətləri davam etdrib Haması dəstəkləmədiyi üçün Azərbaycana qarşı kəskin tənqidlər və həqarətlər səsləndrilsə də rəsmi hakimiyyət dairələri tərəfindən Azərbaycana qarşı bu məsələdə hər hansı bir təzyiq yoxdur.
5) Qazzədəki İsrail hərbi əməliyyatlarının bu ilin axırına qədər başa çatacağından bəhs edilir.Əməliyyatlar başa çatandan sonra Fələstin problemi həll ediləcəkmi?Kökündən həll edilməyəcəksə,səbəbi nədir?
İsrail hakimiyyət təmsilçiləri Həmasa qarşı mübarizənin son məqsədə nail olana qədər davam edəcəyini bəyan edirlər,son məqsəd isə Hamasın bir hərbi-siyasi ötgüt kimi tam məhv edilməsi deməkdir.Bu proses yeni ildən sonra bir neçə ay da davam edəcəkdir.İsrail üçün ən önəmli məsələ Hamasdan sonrakı dövrdə Qaza zolağının idarə edilməsi məsələsidir.Bütün xarici təzyiqlərə baxmayaraq İsrail Fələstin dövlətinin yaranmasına qəti etiraz edir.
İsrailin əndişəsi Hamasın məhvindən sonra Qazzədə yaranacaq hakimiyyət vakumundan yararlanaraq yeni bir terror təşkilatının meydana çıxmasından ibarətdir.Buna görə də Hamasın məğlubiyyətindən sonra Qəzzada İsrail üçün təhlükəsiz və normal bir hakimiyyət idarəçiliyinin yaranmasına qədər İsrail özü bu aklavda hərbi nəzarəti bir müddət üstlənməyə məcbur olacaqdır.Baş nazir Natanyahu da ABŞ Dövlət katibi Blinkinlə görüşdə Hamasın məğlubiyyətindən sonra Qazza zolağında nəzarəti əlində saxlayacağını bildirdi.
İsrail Qəzza zolağını keçmişdı uzun illər ərzində idarə edən Misirin oranı yenidən öz idarəsi altına almasına həvəslə razı olardı,lakin Misir hakimiyyətinin bu işə müsbət yanaşacağı mümkün görünmür.
Fələstin Milli İdarəsi timsalındakı Fələstin administrasiyasının korrupsiyaya bulaşmış qeyri populyar başçısı Mahmud Abbas da keçmişdə Hamasla yaşanan qanlı toqquşmanın acı təcrübəsindən çıxış edərək Qaza zolağına rəhbərliyə bir o qədər də həvəsli deyil,çünki Hamasın reytinqi onun reytinqindən daha üstündür.
Siyasi analitiklər Hamasdan sonrakı dövrdə Qazzədə idarəçilik probleminin həlli üçün bir sıra ssenarilər irəli sürülməkdədir.
Optimal variantlardan biri nüfuzlu ərəb dövlətləri olan Misir,Səduyyə Ərəbistanı,Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın dəstəyi ilə Qazzanın terrorora bulaşmamış nüfuzlü ictimaiyyət nümayəndələrinin və Fələstin Milli Administrasiyası nümayəndələrinin birgə iştirakı ilə qarışıq inzibati idarəçilik sisteminin yaradılmasıdır.
İkinci variant BMT-nin yaratmış olacağı beynəlşalq komissiya və sülhməramlı kontingentin dəstəyilə Qazzada idarəçiliyi həyata keçirə bilər.
Digər bir variant isə Hamasın da daxil olduğu müxtəlif qollara ayrılan “Müsəlman qardaşları” terrorçu təşkilat şəbəkəsinə qarşı mübarizə aparan Misir,Səduyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu təşkilatın yenidən dirçəlib genişlənməsinə imkan verməmək üçün Qazzada kollektiv hakimiyyət idarəçiliyi strukturu yarada bilərlə ki,İsrail dövləti də bunu məmnuniyyətlə qarşılayar.