Ağ Ev İranla bağlı dünən keçirilən yüksək səviyyəli görüşdən sonra bildirib ki, ABŞ Prezidenti Donald Tramp yalnız ölkəsinin maraqlarına uyğun olan və Vaşinqtonun müəyyən etdiyi "qırmızı xətlərə" cavab verən razılaşmanı qəbul edəcək.
Turkustan.az xəbər verir ki, Ağ Evin rəsmisi ABŞ ilə İran arasında mümkün razılaşmanın müzakirə edildiyi Situasiya Otağındakı milli təhlükəsizlik iclası barədə açıqlama verib.
Rəsmi bildirib ki, görüş təxminən iki saat davam edib.
“Prezident Tramp yalnız ABŞ üçün faydalı olan və onun qırmızı xətlərinə uyğun gələn bir razılaşmanı qəbul edəcək. İran heç vaxt nüvə silahına sahib olmayacaq”, – deyə Ağ Ev rəsmisi vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az