Eldar Mahmudovun “sağ əli” vəfat etdi


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib.

Turkustan.az Qafqazinfo-ya istinadən xəbər verir ki, general-mayor 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-in rəisi Eldar Mahmudovun “sağ əli” kimi tanınıb. 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.

Mərhum bu gün torpağa tapşırılacaq.


MANŞET XƏBƏRLƏRİ