Putin Paşinyanla Astanadakı sammitin nəticələrini müzakirə edib


Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub, tərəflər Astanada keçirilən Aİİ sammitinin nəticələrini müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı mayın 29-da Astanada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunları ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Vladimir Putin söhbət zamanı Nikol Paşinyanı ad günü münasibətilə də təbrik edib.

Qeyd olunub ki, Rusiya prezidenti daha əvvəl Ermənistan baş nazirinə təbrik teleqramı da göndərib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ