Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Uca dağlarla yaşayan Cənubi və Şimali Qafqazda, ucsuz-bucaqsız, üfüqlərə qovuşan Biçənək və Qıpçaq çöllərində, qızmar Günəşə bürünən Qaraqum və Ağcaqum vadilərində, barıt qoxulu səngərli-istehkamlı Uyğur-Qırğız diyarının dağlarında… Azadlıqsevən və Xilaskar Türk İgidlərinin silinməz izləri-Şəhid məqamları və Qazi ocaqları. ”Türk dünyası coğrafiyası”nın şərəfli səhifələri sırasındadır, Türk-İslam xalqlarının sakral dəyərləri timsalındadır, Bütöv Türk dünyasının maddi-mənəvi irs xəzinəsidir.
Böyük və Kiçik Qafqaz dağları, Qara və Xəzər dənizləri, Kür və Araz çayları...hövzələrini tutan Böyük Azərbaycan torpaqlarının müqəddəsliyinə İrfani Ruhun qatılması, hər qarış torpağının qəlbimizə yenilməz ruh, gözlərimizə nur, dizlərimizə təpər, ocağımızda tutiya gücündə olması...hər əlçim topağının Məqamları Uca Şəhidlərin (Osmanlı Türkiyəsinin və Can Azərbaycanın) qanı ilə yoğrulmasındadır....hər qarışında Qardaş Osmanlı Türkiyəsi Qazilərinin ləpir izlərinin düşməsindədir....
II Dünya müharibəsinin son illərində (1944-cü ildə) Qara dəniz sahillərində Türkiyə Cumhuriyyətinin Ərdəhan, Ərzurum bölgələri qonşuluğundakı Əhli-Təkləlilər/Təhləlilər mahalının kökənli Ahısxa Türkləri 1944-cü ilin 14 noyabrından 15-nə keçən gecə mənfur Sovet cəlladı İ.V.Stalinin (1879-1953) əmri ilə yaşadıqları kökənli bölgədən (5 rnahiyədən-Adıgün, Axısxa, Axalkələk, Aspinza və Boqdanovka) tələm-tələsik, çox ağır bir şəraitdə, həm də sınıq-salxaq yük vaqonları/qatarlarla (eşalonda) Qazaxıstan, Özbəkistan və Qırğızıstana sürgün ediliblər.
SSRİ və Gürcüstan SSR-də yaşayan, eləcə də, səlahiyyət sahibləri və onlara yaxın olan dinsiz hay kilsəsinin baş keşişlərinin, ibtidai insan-hay sürüsünün səyi nəticəsində qədim/əzəli yurd yerlərindən zorla Orta Asiyaya zorla köçürülən 115 min nəfərə qədər Məhsəti və Əhli-Təkləli soylarından olan Türk qövmü dəmir yolu ilə bir neçə həftəyə yetişdikləri ərazilərdə ağır zillətə, işgəncələrə...dözməyərək qısa müddətdə 20 min nəfərə qədər qurban veriblər.
İnzibati-ərazi baxımından Gürcüstan SSR-nin Cəvahirli bölgəsində bir neçə saat ərzində boşaldılan Türk ocaqlarına isə qısa zaman kəsimində (sanki əvvəlcədən hazırlanmış, girəvə güdənlər kimi) əsasən “erməni”lər yerləşdirildi...hazırda uydurma ərazi-“Cavaxh” iddiasını qaldıran hayların babaları...
Türk-Müsəlman dünyasına qarşı bu acı soyqırım təcrübəsindən düşmənlərimiz tərəfindən 1948-1952-ci illərdə Qərbi Azərbaycanda da istifadə olunub və eyni sayda.
1944-cü ilin o müdhiş payız gecəsinin faciələrinə, Türk soydaşlarımızın taleyinə Türkiyə Cumhuriyyəti biganə qalmamışdır. Həmin sürgün həyata keçirilən zaman qonşu Türkiyə bölgələrindəki əhali və dövlət qurumları baxıb görürlər ki, Axısxa bölgəsinin kəndlərində nə işıq yanır, nə də evlərin bacalarından tüstü çıxır.
Heyvanlar böyürür, itlər ulayırlar.
Bu narahatçılıqla da məsələni araşdırmaq üçün Türkiyə tərəfi 3 nəfərlik bir heyəti istihbarat/təhlükəsizlik məlumatı toplamaq üçün o bölgəyə göndərir, Vəhbi İbrahim bəy oğlu Soyağ da bu heyətin tərkibində olur. Onlar Yenilərdə ciddi möhkəmləndirilmiş sərhəddi keçmək istərkən, yalnız Vəhbi əfəndi buna müvəffəq olur, digərləri keçə bilmir.
Məshsəti bölgəsinin Adıgün nahiyəsinin Kükükənd kəndində (Naxçıvan diyarı, Şahbuz nahiyəsi, Kükükənd kəndinin “qardaşı”....) boşaldılmış Türk yurdlarına qəlb sızıltısı ilə əlini soyuq, bumbuz divar daşlarına sürtə-sürtə kəndarası dolanbac dalanların birində yaddilli 3 zabitlə qarşılaşan Vəhbi bəyi Tiflis şəhərinə gətirirlər, yaddildə sorğu-sual edirlər və onlara anlada bilmiir ki, bacısını görməyə gəlib, onu buraya doğma ocaqların nisgili gəlməyə məcbur edib...
Milli-mənəvi, tarixi yurd...dəyərlərinə yabançı olanlar onu bir neçə gündən, uzun sorğu-sualdan sonra buraxırlar, amma gözlərini ondan üzmürlər, nəhayətdə Vəhbi əfəndi qatarda gizlənərək Gümrü şəhərinə gəlir, amma burda da hay-daşnakların əlinə keçir, ona məşəqqətli, fiziki işkəncə verirlər, otuziki dişini çıxarırlar....və məhkəmə qurulur, 10 il azadlıqdan mərhum edirlər, həbs müddətinin bir ilini Tiflis şəhərində, qalan dövrünü digər Türk şəhərində-Dərbənddə keçirə bilir...
Həbsxanadan çıxdıqdan sonra Vəhbi bəyə (dövlət orqanlarına çox müraciətlər etsə də) Türkiyəyə qayıtmağa icazə vermirlər...
Vəhbi İbrahim bəy özü söyləyib:
-Sərhəddi keçdikdə onu həbs edib mühakimə üçün Tiflis şəhərinə göndəriblər, istintaq zamanı ona çoz əzab-əziyyət veriblər və istədiklərinə nail olmadıqdan sonra onu sərbəst buraxıblar, amma gizlin izləməkdə davam ediblər. Vəhbi bəy izlənmədiyini güman edib Tiflisdən dəmir yolu ilə Vale tərəfə (sərhəd məntəqəsinə yaxın) gedən qatarın vaqonlarının təkər oxlarının üstündə gizlənərək sərhəddə qədər gəlmək istəyib. Lakin daim izləndiyi üçün tez bir zamanda yenə həbs olunur. Çox ağır işkəncələrdən sonra (hətta, ağzındakı bütün dişləri çəkiblər) həyatını şərəfləndirən acı həbs həyatını ona yaşadıblar....
Haşiyə. SSRİ rəhbəri İ.V.Stalin (1879-1953) 20 sentyabr 1944-cü il tarixli sərəncamı ilə (bununla SSRİ Daxili İşlər naziri L.P.Beriyanın (1899-1953) başçılığı ilə 14-15 noyabr 1944-cü il icrası həyata keçirilib) Məhsəti-Əhəl Təkləli bölgəsinin Türk soylarının sürgün edilməsi nəticəsində qədim-qayım 220 kənd boşaldıldı (ibtidai insan-hay sürüsü üçün), 92307 nəfər (18923 kişi, 27399 qadın), bəzi mənbələrdə 120 min nəfərədək göstərilir....1989-cu ildə tərk edilən bölgəyə geri qayıdanlardan 17 min nəfəri Çeçen-İnquş diyarında məskunlaşıb (icma rəhbəri İ.U.Binəliyevdir (1953).
Təqvimdə 14 noyabr günü “Məhsəti Türklərinin sürgün anımı” kimi yad edilir.
II Dünya müharibəsi döyüşlərində isə 26 min nəfər Məhsəti-Əhəl Təkləli soyundan iştirak edən əsgər-zabit geri qayıtmayıb.
1950-ci illərin ortalarında azadlığa çıxsa da, yadların nəzarətindən xilas ola bilmir. Dərbənd şəhərində qısa müddətdə qalanda Saatlı nahiyəsindən olan bir eloğu ilə tanış olur, söhbət əsnasında bilir ki, Türksoylu elatlarından Mil düzündə yaşayanlar var...və ünvanını doğma Azərbaycana, Araz çayı sahillərinə dəyişir...Həmin illərdə Saatlı nahiyəsi və ona yaxın ərazilərdə (Sabirabad və İmişli rayonlarında) Dövlət Təhlükəsizlik İdarəsinin rəisi Bəybala Abdullayev idi, onu Qazanbatan kəndində yaşayan Ənsər Rizman oğlu Rizmanova (1922-2023) həvalə edir...bu tanışlıq hər ikisinin həyatında bir ömrə sığan və bir elata nümunə olacaq sədaqətli dostluğa çevrilib...
Ömrünün son illərində Kür çayı sahilində, indiki Şirvan şəhər xəstəxanasında müalicə oldu (Türkiyəyə getməyinə bir il qalırdı), yenə də işlərini davam etdirirdi...amma, 1972-cu ilin ilıq payız günündə dünyadan köçdü, Mil düzündən keçən Araz çayının köhnə, quruyan yataqlarının qırağında salınmış Şirinbəy kənd qəbirstanlığında dəfn edildi....
Vəhbi əfəndinin qəbirüstü baş daşını Urfalı iş adamı Hüseyn Böyük Firat bəy düzəltdirib, 2010-cu ildə.
Baş daşına aşağıdakı hüznlü sətirlər cızılıb:
Xəstə yatdım, qohum-qardaş görmədim,
Bir danışıb, hal-əhvalın sormadım...
Çox çalışdım, muradıma yetmədim,indi
Qərib öldüm, vədəsinə yetən deyiləm.
Hüseyn bəy Şirinbəy kənd məscidinin tikintisini də həyata keçirmiş, icraçılar (həmin kəndin sakinləri Mirzə, Seyfəddin, Axundovkənddən Paşa və başqalari) təmənnasız olaraq zəhmət çəkərək bu işləri görmüşlər, ibadət otağını (ölçüsü 12 m x 12 m, hündürlüyü 6 m) xalça, kilim, palazla örtmüşlər...
İbrahim bəy oğlunun qəbirüstü tikilisini inşa edənlərdən Hacı Mirzə Misli oğlu (1953) hazırda İstanbul şəhərində yaşayır və onun soy-şəcərə davamçılarını arayıb-axtarır, xatirəsi əziz olan Qazi haqqında bir sıra tarixi məlumatlar əldə edə bilib.
Bu sırada aşağıdakı məlumatları (olduğu kimi) nəzərinizə çatdırıram:
”Azərbaycanda bir təhlükəsizlik xidməti zabiti (İstihbarat subayı) Vəhbi Soyak (1902-25.10.1972). Türkiyə Respublikasının Milli Təhlükəsizlik Xidməti zabiti (Milli İstihbarat subayı) Vəhbi bəy 1902-ci ildə Osmanlı Türkiyəsinin Qars mahalının Posov vilayətinin Doğrular (Aşağı Cacun) kəndində doğulub. Günümüzdə “Soyak” soyadını daşıyan Bəylər sülaləsindən İbrahim bəyin oğludur.
Milli mücadilə illərində gənc yaşına rəğmən cəsarəti və igidliyi ilə tanınan Vəhbi İbrahim oğlu Türkiyə hökuməti tərəfindən Rusiya ilə sərhəd bölgəsində milli təhlükəsizlik zabiti olaraq vəzifələndirilmişdi…
Ömrünün son illərini yaşayıb fəaliyyət göstərdiyi Saatlı rayonunun Qazanbatan kəndinin irəli gələnlərindən (ağsaqqallarından) mərhum Ənsar Rizmanovun söylədiklərindən:
-İ.Stalinin ölümündən sonra (mart, 1953-cü il) komendant rejimi 1956-cı ildə ləğv olunur. Lakin sürgünə məruz qalmış xalqlardan uistuisna olaraq yalnız Axısxa Türklərinə öz Vətənlərinə dönməyə icazə vermirlər. Belə olduqda Vəhbi İbrahim Soyak Vətəni Türkiyəyə daha yaxın olsun deyə bir qrup Axısxa Türklərinin yaşadığı Azərbaycana köçməli olur. Bi işdə 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın I katibi olmuş İmam Daşdəmir oğlu Mustafayevlə (1910-1997) Məhsəti Türklərinin, Adıgün elatının ağsaqqalı Mövlud Aslan oğlu Bayraqdarov (1904-1984) arasında olan dostluq münasibəti böyük rol oynamışdır (Mil düzündə Məhsəti Türklərinin məskunlaşması onun adı ilə bağlıdır, oğlu Rafət 1944-cü ildə II Dünya müharibəsində həlak olub).
-Vəhbi İbrahim oğlu 1960-cı illərdə Bakı dəmir yolu vağzalında soraqlaşaraq Axısxa Türklərinin Sabirabad-Saatlı rayonlarında məskunlaşdıqlarını öyrənir. Ona “Bakı-İmişli” qatarına minib Sarıcalar stansiyasında düşməyi məsləhət görürlər. Qatardan düşən kimi stansiyaya çox yaxın olan, Axısxa Türlərinin məskunlaşdığı Krasnoselsk (indiki Qara Nuru) kəndinə gəlir. Onu burad çox yaxşı qarşılayırlar. Həmin qarşılamada qonşu Qazanbatan kəndindən də ağsaqqallar (o cümlədən, bu xatirəni söyləyən Ənsar Rizmanov) olub. Ömrü boyu Çanaqqala mahnısı dilindən düşməyən, bir necə xarici dil bilən, mükəmməl dini savadı olan bu adamı hamının razılığı ilə Qazanbatan kəndinə gətirdik, burada ona ev qurduq, bu ocaqda uşaqlara dini təhsil verirdi, Mina xanımla (Əminə xanım da deyiblər) evləndi.....
Ömrünün sonuna qədər Türkiyə həsrəti ilə yaşamış bu uca könüllü insan Axısxa Türklərinin yanında olmaqdan bir nəbzə təsəlli tapmış, 1972-ci ilin 25 oktyabr günündə ağır xəstəlikdən vəfat etmiş, Kiçik Qazanbatan kəndində məzarlıq olmadığı üçün onu qonşu Şirinbəy kənd qəbirstanlığında dəfn etmişlər. Ruhu şad olsun...Amin....
(Yazının hazırlanmasında həm də, İstanbul şəhərində yaşayan Saatlı rayonu, Qazanbatan kənd sakinləri Ənvər Rizvan oğlu Rizmanovun (1940), Həsən Məhəmməd oğlunun (1967), Şirinbəyli kənd sakinləri Muhiddin Sufi oğlu Xəlilovun (1961), Mustafa Şahismayıl oğlu Mövlamovun (1988) məlumatlarından istifadə olunub).
Vəhbi İbrahim Soyakın məzarı