Moskva Trampın “enerji atəşkəsi”nə şərt qoydu: “Söz kifayət deyil”


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında “enerji atəşkəsi” təklifinin konkret addımlarla dəstəklənməli olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Zaxarova Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalı çərçivəsində həftəlik mətbuat konfransında Trampın təklifini şərh edib.

“Əhəmiyyətli olan bu bəyanatların konkret addımlara çevrilməsidir. Biz həmişə atəşkəsə əməl etmişik. Eyni şeyi Kiyev administrasiyası üçün demək olmaz. Buna görə də deyilən hər söz konkret hərəkətlərlə dəstəklənməlidir”, - deyə Zaxarova bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ