ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını dayandırmasını və ABŞ hərbçilərinin bölgədən çıxarılmasını tələb edən “Müharibə səlahiyyətləri” qanun layihəsini qəbul edib.
Turkustan.az xəbər verir ki, Demokratlar Partiyasının üzvü Set Moulton tərəfindən təqdim edilən qanun layihəsi Nümayəndələr Palatasında 220 lehinə, 204 əleyhinə səslə qəbul olunub.
Qanun layihəsini dəstəkləyən 220 deputatdan 7-si Respublikaçılar Partiyasının üzvü olub.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Demokrat üzvü Qreqori Miks yazılı açıqlamasında Tramp administrasiyasının 200 günlük gərginlik dövründə qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az