ABŞ və Britaniya birgə MƏLUMAT YAYDI: Tehran bu proqramla gizli dinləmələr aparır


Britaniya, ABŞ və Niderland İranla əlaqəli şəxslərin müxalifləri, fəalları və jurnalistləri hədəf almaq üçün istifadə etdiyi iddia olunan “CHOSEN BRICK” casus proqramı ilə bağlı birgə xəbərdarlıq yayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat dərc edib.

Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzi (NCSC) zərərli proqramın elektron poçtları və mesajları oğurlaya, sosial media hesablarına və cihazların mikrofonuna giriş əldə edə, həmçinin ekran görüntüləri çəkə bildiyini açıqlayıb.

Mərkəzin məlumatına görə, hücum edənlər qurbanları zərərli proqramı yükləməyə inandırmaq üçün etibar etdikləri şəxslərin kimliyinə bürünüb, habelə saxta sənədlər, o cümlədən saxta MRT nəticələri göndəriblər.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) isə İranın Kəşfiyyat Nazirliyinin bu zərərli proqramdan kəşfiyyat məlumatları toplamaq məqsədilə istifadə etdiyini bildirib. /Musavat.com


MANŞET XƏBƏRLƏRİ