İran ABŞ-a 38 milyard dollara başa gəldi


ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) hesablamalarına görə, İranla silahlı münaqişənin 1 avqust tarixinədək ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) yaratdığı xərc təxminən 38 milyard dollar təşkil edib.

Turkustan.az xəbər verir ki, CBO fevralın sonunda İrana qarşı başlanan “Epik Qəzəb” əməliyyatının maliyyə yükünü dörd əsas kateqoriya üzrə təhlil edib: əməliyyat xərcləri, fürsət xərcləri, iqtisadi təsirlər və potensial əlavə xərclər.

Hesabata görə, 38 milyard dollarlıq xərcə tükənmiş sursatların yenilənməsi, döyüşlərdə itirilən avadanlıqların əvəzlənməsi, uçuş saatlarının artması, sahə əməliyyatları və yanacaq xərclərinin yüksəlməsi daxildir.

Hesabatda münaqişələr davam edərsə, xərclərin artacağı, zorakılığın səviyyəsindən asılı olaraq hər əlavə münaqişə ayı üçün xərclərin 2 ilə 3 milyard dollar arasında olacağı və münaqişələr şiddətlənərsə, bu aylıq məbləğin daha da arta biləcəyi proqnozlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ