ABŞ-da helikopter qəzası: 3 nəfər öldü


ABŞ-ın Kaliforniya ştatında xəbərləri işıqlandıran NBC News-a məxsus helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, NBC News-un məlumatına görə, şəbəkəyə məxsus helikopter Los-Ancelesdə iki nəfərin ölümü ilə nəticələnən avtobus qəzasını işıqlandırmaq üçün havaya qalxıb. Helikopter qısa müddət sonra qəzaya uğrayıb.

Yanğınsöndürmə idarəsinin rəsmiləri qəza nəticəsində 3 nəfərin öldüyünü, 1 nəfərin isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Səlahiyyətlilərin bildirdiyinə görə, ölənlərdən ən azı biri qəza zamanı ərazidə olan piyada olub.

Qəzanın səbəbləri araşdırılır. İstintaqa Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyasının (FAA) da cəlb olunacağı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ