Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
Şah İsmayıl Xətai tərəfindən Qızılbaş dövlətinin yaranması
V Yazı
Mürəkkəb beynəlxalq və daxili şəraitdə Səfəvi nəslindən olan gənc İsmayıl Qızılbaş dövlətini yaratmışdı.Səfəvilər Ağqoyunluların sülalə qohumları idilər. Səfəviləri himayə edən Uzun Həsən Şeyx Cüneydə bacısı Xədicə Bəyimi vermiş, bu nigahdan doğulan Şeyx Heydəri (yəni bacısı oğlunu) isə qızı Aləmşah Bəyimlə evləndirmişdi,Şeyx Heydər-Aləmşah Bəyim izdivacından doğulan İsmayıl eyni zamanda hər iki Azərbaycan sülaləsinin-ata xəttilə Səfəvilərin,ana xəttilə Ağqoyunluların varisi idi.Bu amil tərəf-tərəfə bölünmüş hərbçi boyların onun ətrafında toplanmasında az rol oynamadı.
Hakimiyyət uğrunda ara müharibələri,feodal hərc-mərcliyi və ağır vergilərin doğurduğu ümumi narazılıqdan istifadə edən İsmayıl Təbrizi ələ keçirib özünü Qızılbaş dövlətinin şahı elan etmişdi (1501).
Qərb yeni silaha əl atır.
Qızılbaş-Osmanlı imperiyalarının arasında baş verən hərbi-siyasi dəyişiklikləri Qərbdə diqqətlə izləyirdilər.Qızılbaşların uğurlarından xəbərdar olan Avropa diplomatiyası Şah İmayılla hələ hakimiyyət başına keçməzdən əvvəl əlaqə yaratmışdı.İtaliya diplomatları Konstantino Laskari və Covanni Morozini Qızılbaşların hərbi düşərgəsində olmuş,gənc İsmayılla görüşüb danışıqlar aparmışdılar.Elə bu zaman Qərb elçiləri,o cümlədən Roma Papası nümayəndələri ələviliyin yayılması ilə islam aləminə məzhəb ayrılığı düşdüyünü müşahidə etmiş, qızılbaş fanatizmi ilə yaxından tanış olmuşdular.Təsadüfi deyil ki, Roma Papası bəhs etdiyimiz dövrdə Almaniya,Fransa, İspaniya , Portuqaliya, Skandinaviya dövlətlərinin başçılarına məktublar yazıb. Şah İsmayılın hərbi uğurlarını “Allahın xristian dünyası üçün yaratdığı fürsət”. (Osmanlı imperiyasına qarşı) kimi qiymətləndirmiş və bundan dərhal istifadə etməyə çağırmışdı.Bu da təsadüfi deyil ki, 1499-1503-cü illər ərzində Venesiya senatında Şah İsmayılla danışıqlar aparıb qayıtmış italyan diplomatları və Roma Papası elçilərinin “Yeni din xadimi İsmayıl”,”Sofi təriqətinin uğurları”,” Qızılbaş dövlətində (yəni Azərbaycanda) peyda olmuş yeni peyğənbər”,” Sofinin uğurları” və sairə barədə dəfələrlə hesabatları dinlənildi (Hesabatların qoyuluşuna diqqət yetirin!).
Tariximizə dair son dərəcə rəngarəng,qiymətli məlumatlar olan bu sənədlər hələ 14-15 yaşlı yeniyetmə olmasına baxmayaraq,Şah İsmayılın Azərbaycanın xarici siyasət mənafeyini necə dərindən başa düşdüyü konkret planlara malik olduğunu sübut edir.Həmin mənbələrdən aydın olur ki, gənc İsmayıl da babası Uzun Həsən kimi xarici dövlətlərlə,həmçinin Avropa ölkələri ilə ticarət əlaqələrini genişləndirmək və öz ordusunu artilleriya ilə təchiz etmək niyyətində idi.(Sənəddə yazılır:” Sofi (Şah İsmayıl) xristianlardan artilleriya almaq niyyətindədir”).Bunun üçün isə Aralıq dənizinə çıxış yolu açmaq lazım idi.Gənc Səfəvi şahzadəsi italyan diplomatı Konstantino Laskariyə açıqca bildirmişdi: Karamana hücum edəcək və bu ölkəni öz sahiblərinə (yəni Azərbaycan taxtının müttəfiqi olan Karaman bəylərinə qasytaracaqdır.
Avropa diplomatları Qızılbaş hərbi düşərgələrindən qayıtdıqdan sonra öz hökumətlərinin diqqətini bu məsələyə xüsusi cəlb edir.Qızılbaş – Osmanlı münasibətlərini daim müharibə həddidə saxlamaq üçün başlıca olaraq,bu silahdan istifadə məsləhət görürdülər.
“Arxadan zərbə “ siyasəti
Əlaqələr qarşılıqlı idi.Şah İsmayıl özü də tez-tez Qərb ölkələrinə məktublar yazır,elçilər göndərirdi.Suriyadakı Venesiya konsulları bu əlaqələrdə vasitəçilik edirdi.1505-ci ilin avqustunda Dəməşqdəki Venesiya konsulu Şah İsmayılın Venesiya hakimi Leonardo Loredanoya yazdığı məktubu onun adından zərb olunmuş bir neçə qızıl və gümüş pulla birlikdə İtaliyaya göndərdi.Qızılbaş hökmdarı Qərb hakimlərini özünün hərbi uğurları ilə tanış edir,gələcək planlarını həyata keçirmək üçün əlbir hərəkət etməyə çağırırdı.1507-1508-ci illərdə Roma papaları və Venesiya ilə yanaşı Neapol krallığı,Kipr və Rodosla da əlaqələr yaradıldı.
XVI əsrin əvvəllərində Azərbaycanla Fransa arasında da əlaqə yaranmışdı.1507-ci ilin fevralında bir neçə gün Şah İsmayılın sarayında qalıb danışıqlar aparmış fransız elçisi onun ölkəsinin Azərbaycanla ticarət əlaqələri yaratmaq buradan müxtəlif Şərq malları o cümlədən ədviyyat alıb aparmaq arzusunda olduğunu bildirmişdi.
Osmanlı imperiyası ilə toqquşmaq ərəfəsində Şah İsmayıl Qərblə əlaqələrini daha da genişləndirdi.1510-cuildə Qızılbaş dövləti diplomat Əli bəy İtaliyaya getdi.Aralıq dənizi vasitəsi ilə Qərbdən odlu silahlar almaq planını baş tutmayacağını duyan şah ehtiyat tədbirinə də əl atdı:Portuqaliya ilə əlaqəyə girib Bəsrə körfəzi və Hind okeanı vasitəsi ilə Qərbdən silah və artilleriya mütəxəssisləri gətirməyə çalışdı.Məqsədinə yetmək üçün Poruqaliyanın Bəsrə körfəzində möhkəmlənməsinə mane olmadı. Bundan istifadə edən Portuqaliya donanması Hörmüzü ələ keçirib Qızılbaş dövlətinin Hind okeanına çıxış yolunu bağladı ( gənc şahın bu səhvini düzəltmək üçün onun varisləri 100 ildən çox vaxt sərf etməli oldular!) Poruqaliya elçiləri Riyun Qomez və Maryel Ferreyranın Səfəvi sarayında (1509,1513), Qızılbaş dövləti diplomatlarının Qoada Poruqaliya vitse –kralı Alfonso d,Albukerke ilə danışıqları (1513) nəticəsində iki dövlət arasında rəsmi saziş bağlandı.Lakin real nəticə əldə edilmədi.Qərb dövlətləri ənənəvi xarici siyasətlərini davam etdirdilər:Osmanlı dövləti ilə Qızılbaş dövlətini toqquşdurub, hər ikisini zəiflətmək siyasətini yeritməyə başladılar.
Öz aralarındakı hərbi siyasi rəqabət və xristian diplomatiyasının fitvası 1514-cü il avqustun 23-də daha iki türk hökmdarını qarşılaşdırdı-Şah İsmayıl Xətai və Yavuz Sultan Səlimi.Türk dünyasında yeni fəlakət üz verdi. Daha doğrusu tarix təkrar olundu.1402-ci ildə Ankarada ( Əmir Teymur- Yıldırım Bayezid) və 1473-cü ildə Otluqbelində (Uzun Həsən-Fateh Sultan II Mehmed) olduğu kimi.
Növbəti hiylə baş tutmur.Çaldırandan sonra avropalı “müttəfiqlər” üçün səciyyəvi olan ənənəvi diplomatik münasibət səhnələri təkrar olundu.Onlar bir tərəfdən vəd etdikləri hərbi yardımı göstərə bimədikləri üçün Şah İsmayıla “üzürxahlıq” məktubları gpndərdilər.Digər tərəfdən isə Sultan Səlimi böyük qələbə münasibəti ilə təbrik etdilər.Lakin tarix Şərq xalqlarına qarşı törədilən qanlı fitnəkarlıqların mayasında duran Roma papaları bunu hamıdan tez duydular.Papa X Lev Sultan Səlimin Çaldıranda qələbə çalması xəbərini alan kimi kilsə xadimlərini başına toplayıb bildirdi: “Xristian dünyası üçün baş vermiş bu yeni bədbəxtliyi eşidib,bütün gecəni yata bilməmişəm.Vaxtdır etiqadımızı necə qoruyub saxlamaq barədə düşünmək lazımdır.”
Kilsə başçısı nahaq yerə narahat olmamışdı.Çaldırandan düz iki il sonra arxadan təhlükə gözləməyən Sultan Səlim məmlük qoşunlarını darmadağın edib əvvəlcə Suriya və Fələstini ,sonra bütün Misiri ələ keçirdi (1517).Bununla Aralıq dənizinin şərqində Asiya ilə Avropanı əlaqələndirən bütün beynəlxalq karvan ticarət mərkəzləri Osmanlı imperiyasının əlinə keçdi.Osmanlı sultanları “ İslam sultanı” (və ya padşahi-islam) ləqəbini qəbul etdi.Abbasi sülaləsini ləğv edən Sultan Səlim özünü xəlifə elan etdi.”Allahın yer üzündə xəlifəsi” adlanmağa başladı.Sultan Səlimin bu qələbələri xristian dünyasına vəlvələ saldı.Roma Papasının “arxadan zərbə” siyasəti yenidən hərəkətə gəldi.Aralıq dənizinin şərqindəki Kipr və Rodos feodal dövlətlər əl-ayağa düşdülər.Qərb elçiləri Təbrizə axışmağa axışmağa başladı.Qızılbaş Almaniya əlaqələri əlaqələri genişləndi.Azərbaycan hökmdarı Almaniya imperatoru V Karla,həmçinin Macarıstan və İspaniyaya məktublar göndərdi.Qızılbaş dövləti diplomatı Əli bəy Rodos hakimi ilə danışıqlar apardı.Azərbaycan Portuqaliya əlaqələri xüsusilə genişləndi.Bu da səbəbsiz deyildi.Çünki Misiri aldıqdan sonra Osmanlı imperiyası Portuqaliyanı Hind okeanından sıxışdırıb çıxarmağa hazırlaşırdı.Məsələ burasında idi ki, Hindistana dəniz yolu kəşf olunduqdan (1498) sonra Avropa ölkələri Şərqlə okean yolu vasitəsilə birbaşa ticarətə başlamışdılar.Bu da Asiya ilə Avropa arasındakı ənənəvi karvan ticarətinə ağır zərbə vurdu.Başqa sözlə Osmanlı imperiyasının işğal etdiyi ərazilər-Aralıq dənizi və Qara dəniz ətrafındakı beynəlxalq ticarət mərkəzləri əvvəlki əhəmiyyətini itirdi. Bu isə Osmanlı imperiyasının, habelə ümumiyətlə Yaxın və Orta Şərqin beynəlxalq iqtisadi əlaqələrinə ağır zərbə idi. Odur ki,Osmanlı imperiyası kimi güclü rəqiblə üz-üzə Portuqaliyanın Qızılbaş dövlətindən ikiəlli yapışmaqdan savayı əlacı qalmadı. Öz növbəsində Səfəvilər də Poruqaliyadan odlu silahlar və arilleriya mütəxəsisləri almaq ümidində idilər. Beləcə Qızılbaşlarla Portuqaliya arasında yaxınlıq yarandı.
Şah İsmayıl Xətainin Ailəsi
Şah İsmayılın 4 həyat yoldaşı,6 oğlu və 8 qızı olmuşdur.
Evlilikləri
1. Şahbikə (Taclı Bəyim) – (ö.1540) Əbdi bəy Şamlının qızı, Şahzadə Bəhramın,Pərixan Sultanın,Şahzeynəb Sultanın,Məhnbanu Sultanın və Firəngiz Sultanın anası.
2.Bəhruzə Bəyim –Bağdad valisi Xülafənin qızıdır –Şah Təhmasibin (1524-1576) anası.
3.Xanbəyi Bəyim (ö.1547) – Şahzadə Əlqasın və Şahzadə Samın anası.
4.Münəvvər xanım Şirvani-Şirvanşahın qızı.
Oğulları
1.I Təhmasib-Bəhruzə Bəyimdən olma.
2.Əlqas Mirzə-Xanbəyi Bəyimdən olma.
3.Rüstəm Mirzə - 13 sentyabr 1517-ci ildə Marağada doğulmuşdur.Behruzə (Gülzar) Sultandan olmadır.
4.Sam Mirzə Səfəvi-Xanbəyi Bəyimdən olma.
5.Bəhram Mirzə-Şah Sultandan olan oğlu.
6.Hüseyn Mirzə -11 dekabr 1520-ci ildə doğulmuşdur.Behruzə Sultandan (Gülzar) olmadır.Gənc yaşında vəfat edib.
Ardı var