Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada uşaqlarla görüşüb.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, uşaqlar diplomatik korpusun nümayəndələri ilə görüşdə müxtəlif ölkələrin adlarını səsləndiriblər.

Diplomatlar uşaqlarla söhbət edib, onların necə olduqları ilə maraqlanıblar.

Sonda Hikmət Hacıyev uşaqlara bütün dünyanın onları görmək üçün Şuşaya gəldiyini bildirib.


MANŞET XƏBƏRLƏRİ