Paşinyan erməni diasporu barədə: Bizə “ikinci əl mal” lazım deyil


“Tez-tez “diaspor” deyirik, amma onun başqa ölkəyə bağlı olduğunu unuduruq. Ermənistan üçün bu, həmin ölkədə təsir vasitəsidir, amma əks proses də mövcuddur və biz bunu yaxın zamanda gördük: bəzən diasporun özü həmin ölkə üçün təsir vasitəsinə çevrilir”.

Turkustan.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Ermənistan-diaspor münasibətlərindən danışarkən bildirib.

O qeyd edib ki, Ermənistan diasporun mentoru ola bilməz və əksinə.

Paşinyan Ermənistanın “ikinci əl mallar”a ehtiyacı olmadığı barədə bəyanatına da toxunub: “Bu səhifəni bağlamalıyıq. Amma bu o demək deyil ki, vaxtilə biz “ikinci əl mallar”a, o cümlədən geyimə ehtiyac duyduğumuz zaman diasporun bizi bunlarla təmin etməsini qiymətləndirmirik”./teleqraf


MANŞET XƏBƏRLƏRİ