İŞIQLI ATALI
IV YAZI
(önü ötən saylarımızda)
Qorxu və əcəl: “Qorxunun əcələ assısı yoqdur”: Qorxunun əcələ faydası yoxdur, yəni ölüm adlı vazkeçilməz bir qayda var, bu, həyatın qaydasıdır, onsuz da hər kəs üçün zamanında gələcək. Əcdad türk bunu Allahçılığın məntiqinə uyğun anlasaydı, belə düşünməzdi, dediyi əsasda yaşamaq istəməzdi. Bu qorxmaz düşüncə əcdadın tarix boyunca qarşısıalınmaz savaşçılığını yaradıb.
Kölənin, qaravaşın Tanrısı çomaqdır.
Məsəldə kölə, qaravaş sayılanın çomaqla ağıllandırılması, cəzalandırılması nəzərdə tutulur.
Əlbəttə, burada həm də ironiya var: Türk düşüncəsində təbiətdəkilərə belə sevgi duyğusu aşılanırsa, insanın insana münasibətində Tanrı adına çomaqdan istifadə edilməsi sonrakı yad baxışların diktəsi kimi meydana çıxır.
Kədi siçanı Tanrıyçun tutmaz.
Tanrını anlamayanlar üçün deyildiyi təxmin edilir. Gerçək anlamda isə tamamilə məzmun yerini alır.
Türk düşüncəsində Tanrı onu anlayanlarındır. Tanrılıq xarakteri insandan yüksək duyum, varoluşun insanla bağlılığını bilməyi, bu əsasda yaşamağı hədəfləyir.
Kişiyə əvvəl can gərək, andan cahan gərək.
Burada türk insanının canı – ruhu dəyərləndirməsi öndədir. Canına yiyə duran canlanır – ruhlanır, cahanlaşmaq (dünyalaşmaq) istəyir.
Canla bağlı əcdadın düşüncəsində təbiətə bağlı özünəməxsus təsəvvürləri əsas rol oynayır. Onun canı – təbiətdədir, təbiətdəkindədir.
Türkün Tanrıçılıqla bağlı düşüncələri mahiyyətcə ulusallığa bağlıdır, insanlıqla bağlıdır, deməli, ruhuna bağlıdır. Ruh insanlığın mahiyyəti ilə bağlı olduğu dərəcədə ulusallığı nişan verir.
Ulusal düşünən bəşəri düşünür deməkdir. Türkün düşüncəsi – fitrətinin ifadəsi idi, şübhəsiz, o çağın həyat təcrübəsinə əsaslanırdı, ancaq duyumu mənalı idi, yaşamına mənəvi güc verirdi, sabaha ümidləndirirdi, özgürlüyünü, döyüşkənliyini yaradırdı, varoluşunda, dövlət quruculuğunda ciddi rol oynayırdı.
Aşağıdakı məsəllərdə İnsan – Tanrı – Allah bağı – ifadəsi öncəki təhlillərimizdə olduğu kimi özünü aydın şəkildə göstərir, şübhəsiz, bunlarda da ulusun tarixən keçib gəlmiş olduğu yaşantılar var, sadəcə, ifadəsi, deyiliş tərzi fərqlidir.
Məsumları Tanrı söylədür.
Bu məsəlin, baxışın kökündə Tanrıçılıq dursa da, Allahçılıq təsirinin daha çox olduğu görünür. Məsumluğun – günahsızlığın Tanrı himayəsində - qoruması altında olması təsəvvürü – İslam Allahçılığı dönəmində ardıcıl obrazlaşır, təsir gücünü yarada bilir.
Belə ümumiləşdirmək olar: məsəlin mayasında duran baxış indiki mənanı ifadə etməyib. Allahla bağlı təsəvvürlər artdıqca formalaşan ifadələrdən biri bu cür olub. Sadəcə, Allah məzmunu Tanrı obrazında təqdim olunub.
Gögə dirək yoq.
Bu məsəlin mayasında Tanrıçılıq təsəvvürü var, ancaq itməkdədir, yerini İslamdan gələn Allahçılıq baxışı tutub. Türk düşüncəsində Tanrı təbiətdəki hər şeyi mənalandırır, burada göy obrazının ayrıca yeri var. “Göyün dirəyinin olmaması” – İslam təsəvvüründə Allahın böyüklüyünün, dünyanı heçdən yaratmasının təsdiqi kimi təqdim edilir.
Türk Tanrıçılığında isə Göy – ucalıq, Tanrının mövcud olduğu əsas ünvanlardan biri kimi anlaşılır.
Vermək – Tanrı verməsidir.
Tanrının səxavətcilliyinə, tükənməzliyinə inam ifadə olunur.
Var ol kişiyə kim, Allahdan hidayət olmaya.
Ardıcıl ayaqda qalan, yıxılmayan, həqiqətini tapan, həqiqətlə yaşayan insanla bağlı deyilib. Məsəlin kökündə Tanrıçılıq baxışı durur. İfadənin mayasında insanın özgürlüyünün (müstəqilliyinin) durması, çətinliklərdən keçməsi, çıxış yolunu özünün tapması sezilir.
Vay ol kişiyə kim, Tanrıdan qorqmaya.
Göründüyü kimi, məsəli tərəddüdsüz olaraq Tanrıçılıq dövrünün məhsulu saymaq olar. Əgər İslamdakı Allah obrazı mahiyyətcə qorxuzursa, Türk Tanrıçılığında belə bir hal, keyfiyyət yoxdur, əksinə, qorxusuzluğa kökləyir.
Habelə əcdad türkün dünya yaradılışında iştirakı onun Tanrılığını təsdiq edir. Bu düşüncə Əcdadın özünü daha dərindən tanımasını, özünün ilahi-insani imkanlarının üzə çıxarmasını yaradır.
Türk totemçiliyində təbiətə münasibətin ilahi ölçüsü özünü göstərir. Boz rurdun, ana maralın, atın və s. totemləşdirilməsi sonrakı mərhələdə yuxarıdakı düşüncənin yaranmasına təkan verir.
Hər kişiyi hal ilə Tanrısı bilür.
Burada isə Tanrının əcdada münasibəti tam aydınlaşır: Tanrı türkə, Türk Tanrıya doğmadırlar, iç-içədirlər. Türk Tanrısını tanıdığı, sevdiyi dərəcədə Tanrı da Türkü tanıyır, sevir...
Dində Allah insana – bəndəyə “Şah damarından da yaxındır”, ancaq doğma deyil, çünki onu qorxuzur. Qorxuzulan yerdə, ünvanda sevgi olmur, ola bilmir, alınmır.
Hər nə ki başına gəlirsə, haqdan bil.
Məsəldə alın yazısının qaçılmazlığı önə çəkilir. Tanrıçılıqda isə Türk gedişatın yiyəsidir, baş verən hadisələrin niyəliyi onun üçün sirli qalmır, hünəri və fitri duyumu ilə iştirakçısı olduğu proseslərdə uğur qazanır.
Aşağıdakı deyim yuxarıdakı qənaəti təsdiq edir:
Hünər candadır.
Yoqdan Tanrı da bezər.
Bu düşünscənin kökü Tanrıçılıq düşüncəsinin özü qədər qədimdir.
Yoqludan Tanrı da almaz.
Aşağıdakı məsəllər Türk ruhundan, xarakterindən gələn davranış sistemini təsdiq edir. Təbiidir ki, bunların hamısında türk Tanrıçılığının izləri bu və ya başqa biçimdə özünü göstərir.
Ər olan evdə oturmaz; Borcluyu alımlu udar; Bir işi iki eyləmə; Buğday əkmək yoq isə buğda dilin də yoqtur? Bir kişinin adı çıqıncayadək gönü çıqar; Bin ölç, bir kəs; Türk ucuz bulduğun murdar sanır; Türkün uşta turur dedigi bir; Türkə yüz vermə kim, cahanı yıqar; Türk atının samanı bol gərək; Çoq ağlayan ulusun bulmamışdır; Can bustanda bitməz; Haram tatlu olur; Xəstə başında uklu oturar; Xeyir issün bilür; Dəli başın ayağı ğəribdir; Düşmənin ömrü qar ömrü kimi ola; Dünyada ölüm olmasa, adam adam əti yerdi; Salamat gözləyən varmaz savaşa; Sana nə isə banadır; Sözü keçənin sözü kəskin qılınc kibidir; Şimdi bir zamandır kiçik böyügə ... ogrədir; Sağlıq-sayruluq bizim üçündür; Toquz qurda key eşək; Tağ nə qədər uca isə üzərindən yol aşar; Əcələ şeytandandır; Aşıq arsız gərək; Eşq iradət ilədir; Qonşunun eşəgin iki istə, səninki üç olsun; Qocaları yoxsul bilmə, bay bil; Qapusuz ev olmaz; Qarının-qocanın canı bərk olur; Kişi bir uğurdan bayımaz; Köpək üni gögə çıqmaz; Kiminə tavşan yarar, kiminə qurd yarar; Kişiyi qonşıdan sor; Vətən sevmək imandandır, vay ana kim olmaya; Kərəm ərənlərindir; Kişi kəndüyə etdigi işi bütün ellər dərilib edəməz; Tağ fuzulluk etdigiçün başından tufan əskik degil.
Araşdırma göstərdi ki,Oğuz atalar sözləri və məsəllərdə Tanrıçılıq görüşləri bu torpaqların köklü-köməcli, əzəli sakinləri olan əcdadlarımızın dünyaya, həyata, təbiətə, insana, özünə münasibətinin yetkin ifadəsi kimi meydana çıxıb. Çoxsaylı örnəklər Oğuz insanının mənəvi zəngin, mənalı, özünəməxsus, döyüşkən, ardıcıl yaradıcı, coşğun ruhlu həyatından bitməyən soraqlardır. Oğuz insanı - əcdad dərin müşahidəçidir, yenilməzdir; xarakterinin ötkəmliyi atalar sözləri və məsəllərin ifadəliliyində özünü göstərir. Çox zaman atalar sözləri və məsəllər arasında ölçülər sanki itir, ancaq aydınlıq yoxa çıxmır, müəyyənlik bu və ya başqa biçimdə, məzmunda qalır: atalar sözünə xas hökmlülük, biryolluq, məsəllərə xas aydınlaşdırıcılıq (izahedicilik) çalarları örnəklərin təhlilində hər birinin müəyyənliyini bəlirləməyə imkan verir.
Oğuz atalar sözləri və məsəllərdə Tanrıçılıq görüşləri sonradan tədricən İslam görüşlərinin təsiri altında Allahçı məzmun da kəsb etməyə başlayır. Bu, ayrı-ayrı örnəklərin öncəki məzmunundan ayrılması yox, daha çox adların yenilənməsi kimi də (Tanrı yerinə Allah) özünü göstərir. Ancaq elə örnəklər var ki, Tanrıçılıq görüşlərindən fərqli mahiyyət ifadə etdiyinə görə təbii olaraq onun elə birbaşa İslam dünyagörüşünü ifadə etdiyi aydın olur.
Qədimdən gələn, “Oğuznamə”lərdə yaşayan, bu gün də qismən fərqli şəkildə ulusumuzun gündəlik danışığında rast gəldiyimiz bir çox örnəklərin ilkinlərinə yuxarıda haqqında danışdığılmız “Oğuznamə”də, habelə ayrı-ayrı “Oğuznamə”lərdə görürük. Bu yöndə araşdırmaların ardıcıl aparılmasının yeni, gərəkli qənaətlərin ortaya çıxmasına səbəb olacağını düşünürük.
SON
*** *** *** *** ***
İNAM ATA (ASİF ATA)
MÜTLƏQ TƏBİƏT
Ruhani İdrakda Təbiət – Mahiyyətinə çatır. Bu cəhətdən də Mütləqə çatır.
Dağ – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!
Dəniz – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!
Səma – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!
Günəş – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!
Səhər – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir! Gecə – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!
Torpaq – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!
Meşə – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir! Ruhani İdrakda – Təbiət öz Mahiyyətinə çatır.
Bu səbəbdən də Ruhaniliyə çatır.
Dağ – ruhanidir, çünki ruhani Mahiyyətlidir!
Dəniz – ruhanidir, çünki ruhani Mahiyyətlidir!
Səma – ruhanidir, çünki ruhani Mahiyyətlidir!
Günəş – ruhanidir, çünki ruhani Mahiyyətlidir!
Səhər – ruhanidir, çünki ruhani Mahiyyətlidir!
Gecə – ruhanidir, çünki ruhani Mahiyyətlidir!
Torpaq – ruhanidir, çünki ruhani Mahiyyətlidir!
Meşə – ruhanidir, çünki ruhani Mahiyyətlidir!
Ruhani İdrakda Təbiət Əbədiliyə çatır.
Dağ – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.
Dəniz – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.
Səma – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.
Günəş – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.
Səhər – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.
Gecə – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.
Torpaq – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.
Meşə – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.
Mütləq Həqiqət Təbiəti Kamil sayır.
Dağ – kamildir, çünki kamil Mahiyyətlidir.
Dəniz – kamildir, çünki kamil Mahiyyətlidir.
Səma – kamildir, çünki kamil Mahiyyətlidir.
Günəş – kamildir, çünki kamil Mahiyyətlidir.
Səhər – kamildir, çünki kamil Mahiyyətlidir.
Gecə – kamildir, çünki kamil Mahiyyətlidir.
Torpaq – kamildir, çünki kamil Mahiyyətlidir.
Meşə – kamildir, çünki kamil Mahiyyətlidir. Ruhani İdrakda Təbiət sonsuzluğa çatır.
Dağ – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Dəniz – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir.
Səma – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir.
Günəş – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Səhər – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Gecə – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Torpaq sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Meşə sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir.
Ruhani İdrakda Təbiət ölümsüzlüyə çatır.
Dağ – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Dəniz – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Səma – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Günəş – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Səhər – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Gecə – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir.
Torpaq – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir.
Meşə – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir.
Ruhani İdrakda Təbiət Bütövlüyə çatır. Dağ – Bütövdür, çünki bütöv Mahiyyətlidir.
Dəniz – Bütövdür, çünki bütöv Mahiyyətlidir.
Səma – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Günəş – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Səhər – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Gecə – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Torpaq – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Meşə – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Mütləq Həqiqət nisbi Təbiət tanımır.
Mütləq olmayan Dağ tanımır. Mütləq olmayan Dəniz tanımır. Mütləq olmayan Səma tanımır.
(1984)