ABŞ-ın Bağdaddakı səfirliyi İraqdakı ABŞ vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında yerləşdirilən səfirliyin bəyanatında deyilir ki, İranla əlaqəli "İraq terrorçu dəstələri" yaxın 24-48 saat ərzində Bağdadın mərkəzində hücumlar planlaşdıra bilər.
Bəyanatda iddia edilir ki, İran və ona bağlı "terrorçu milislər" İraqın müxtəlif yerlərində, o cümlədən İraq Kürdüstan Regional Hökumətində Amerika vətəndaşlarına və ABŞ-la əlaqəli hədəflərə qarşı genişmiqyaslı hücumlar həyata keçirirlər.
Qeyd edilib ki, bu qruplar Amerika vətəndaşlarını, şirkətlərini, universitetlərini, diplomatik obyektlərini, enerji infrastrukturunu, otellərini, hava limanlarını və ABŞ-la əlaqəli olduğu güman edilən digər yerləri, eləcə də İraq qurumlarını və mülki hədəfləri hədəfə ala bilər.
Milislərin amerikalıları qaçırmaq məqsədi ilə hədəf aldığı da bildirilən bəyanatda ABŞ vətəndaşlarından dərhal İraqı tərk etmələri tələb olunur.
Aytən Yaşar/ Turkustan.az