Tramp: “İrana qarşı bir neçə zərbə daha lazımdır"


ABŞ prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hücumların tədricən sona çatdığını bildirsə də, əlavə zərbələrin mümkün olduğunu qeyd edib.

Turkustan.az xəbər verir ki, Tramp xalqa müraciətindən əvvəl verdiyi açıqlamada bildirib ki, ABŞ-ın əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.

Prezident çıxışına toxunaraq deyib: “Bu gecə saat 21:00-da qısa müraciət edəcəyəm.”

O, həmçinin NATO-nun İrana qarşı mümkün əməliyyatları dəstəkləməməsini tənqid edərək alyansı “kağız pələng” adlandırıb.

Tramp əlavə edib ki, Emmanuel Macron ilə İran məsələsini müzakirə edib və Fransadan dəstək istəsə də, bu tələb rədd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ