Məsud Pezeşkian dünən Bakıya zəng etmək istəyib, amma…


“İspaniya hökuməti ABŞ-ın İrana qarşı hərbi əməliyyatda əməkdaşlıqdan imtina etdiyini açıladıqdan sonra İran Prezidenti Məsud Pezeşkian vaxrt itirmədən sosial mediada İspaniyaya təşəkkürnamə yazdı. Ancaq Məsud Pezeşkian dünən Naxçıvana atılan dronlarla bağlı nə azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, nə də heç olmazsa sosial şəbəkədə məsələyə aydınlıq gətirən status paylaşdı”.

Turkustan.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoliq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, böyük ehtimalla Məsud Pezeşkian dünən gün ərzində bu barədə ciddi düşünüb, sadəcə Bakıya zəng etməyə və ya status paylaşmağa risk etməyib:

“Çünki, Məsud Pezeşkian İlham Əliyevə zəng etsəydi, ya üzr istəməliydi, ya da deməliydi ki, “məsələ araşdırılır”. Görünür, Pezeşkian düşünüb ki, bu iki variantdan birini seçərsə, ölkəni idarə edən və anti-Azərbaycan mövqeyindən çıxış edən SEPAH generalları ilə üz-üzə qalacaq. Ancaq Pezeşkian anlamamış deyil ki, onun susqunluğu İlham Əliyev arasında tərəfdaşlıq münasibətlərin üstündən xətt çəkir. Halbuki, iki ölkə Prezidenti arasında normal münasibətləri formalaşmışdı”.

Politoloq vurğulayıb ki, İran eyni ilə Rusiyanın yolu ilə gedir:

“Rusiya Azərbaycan mülki təyyarəsini raket vurduqdan sonra əvvəlcə olayı inkar etdi, sonra üzrxahlıq gəlsə də kompensasiya ödənmədi, cinayətkarlar cızalandırılmadı və buna görə iki ölkə arasındakı münasibətlərdə suallar ortadan qaldırılmayıb. İran da hələ ki, Rusiya kimi inkar edir, “Naxçıvana dron atmamamışıq” prinsipindən çıxış edir, ancaq bu yanaşma iki ölkə arasındakı onsuz da suallarla dolu olan münasibətləri növbəti gərginlik mərhələsinə keçirəcək. Buna görə Məsuz Pezeşkianın İlham Əliyevə zənginə ehtiyac var”./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ