Dumanlı hava nə vaxta qədər davam edəcək?


Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Oxu.Az-a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, müşahidə olunan cənub-şərq küləyi aprelin 4-dən şimal-qərb küləyi ilə əvəz olunacaq, bu da dumanın seyrəlməsinə səbəb olacaq.

Dumanlı hava nə vaxta qədər davam edəcək?

O əlavə edib ki, dumanlı hava şəraiti həm mövsümi meteoroloji şərait, həm də iqlim dəyişikliklərinin yaratdığı ümumi tendensiyalarla əlaqələndirilir:

"Belə ki, gecə və səhər saatlarında nisbi rütubətin yüksəlməsi, eləcə də yer səthinə yaxın qatlarda temperatur inversiyasının daha tez-tez formalaşması havanın durğunlaşmasına və dumanın yaranmasına şərait yaradır.

Son illərdə müşahidə olunan iqlim dəyişmələri fonunda atmosfer hadisələrinin, o cümlədən dumanlı günlərin təkrarlanma tezliyində dəyişikliklər qeydə alınır. Hazırkı müşahidələr göstərir ki, bu artım atmosfer proseslərinin dəyişkənliyi ilə bağlıdır. Müşahidə olunan cənub-şərq küləyi aprelin 4-dən şimal-qərb küləyi ilə əvəz olunacaq, bu da dumanın seyrəlməsinə səbəb olacaq".


MANŞET XƏBƏRLƏRİ