Bunu ABŞ-ın əlinin çatmayacağı yerlərdə edirik - İran


Müharibə ABŞ və İsrailin rüsvayçı şəkildə təslim olmalarına qədər davam edəcək.

Turkustan.az xəbər verir ki, bunu “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari deyib.

O, həmçinin ABŞ və İsrailə indiki zərbələrdən daha ağır hücumlar ediləcəyini bildirib.

“İranda indiyə qədər hədəfə alınan obyektlərin böyük əhəmiyyəti yoxdur. Biz strateji hərbi istehsalı ABŞ–İsrailin məlumatsız olduğu, heç vaxt əlinin çatmayacağı yerlərdə həyata keçiririk", - o vurğulayıb./axar.az


MANŞET XƏBƏRLƏRİ